dini radikalizm və ekstremizmlə mübarizə

Milli məclisin spikeri Sahibə Qafarovaya Qazi Anasının məsləhəti:- hərbiçilərin həyatı ilə tanış olmadan fikir yürütməyin


Milli məsclisin spikeri Sahibə Qafarovanın "Qarabağ döyüş bölgəsi deyil. Buna görə də hərbiçilərə iki qat maaş lazım deyil ", deməsi sosial mediada böyük qalmaqala səbəb olub.
İlk növbədə Sahibə xanımın Qarabağın göyüş bölgəsi olub olmamasını bilməməsi artıq o, xanımın vətənpərvərlikdən çox kənar olduğunu bildirir. Minlərlə Şəhid və yaralıları olan bir dövlətin spikeri, eynizamanda qadın və ana olaraq bu kimi fikir səsləndirməsi həqiqətən ağlasığmazdır.
Hərbiçilərin əməkhaqqı Sahibə xanıma çox görünür. Yəqin ki Sahibə xanımın ailəsində və doğmalarının sıralarında hərbiçi yoxdur. Olsaydı, hərbiçi həyatının çətinliklərindən bixəbər olmazdı. Şəhidinə, Qazisinə dəyər verərək belə bir fikir səsləndirməzdi.
Hörmətli spiker xanım, indi qar yağır, bəlkə də siz rahatlığınızı təmin edən isti maşınla işə gedərkən ilk qarın sevincini yaşayırsınız. Olsun...Hər bir Azərbaycan xanımının sevinci bizimdə sevincimizdir.
Siz bir də bu qarlı , şaxtalı, çovğunlu havada Qarabağda aylarla, illərlə xidmət edən hərbiçi qardaşlarımızı, övladlarımızı düşünün.
Belə bir şəraitdə Murov dağının ən yüksək zirvəsində illərlə xidmət edən və sağlamlığını itirən o, dağlarda Vətəni üçün yarım can olan igidləri dinləyin ...
O şəraitdə xidmət etməyin nə qədər məşəqqətli olduğunu həyat yoldaşlarının yolunu gözləyən hərbiçi xanımlarından soruşun...
Övladlarının dünyaya gəlməsinn sevincini səngərlərdə, kazarmalarda yaşayan oğullardan soruşun...
İlk dəfə analıq hissini tənha yaşayan hərbiçi xanımlarından soruşun...
Soyuqda, sazaqda gecələri səhərə kimi
İsti yatağında buza dönən hərbiçi analarından soruşun...
Övladının ilk addımını görməyən, dil açarkən ilk sözünü eşitməyən, bilik günü övladını məktəbə apara bilməyən hərbiçi atalardan soruşun...
Doğmasını son məzilə yola salmağa gələ bilməyən ata- anasının son sözünü eşitməyə çatmayan hərbiçilərdən soruşun...
Hərbiçilər sevincini xoşbəxtliyini belə tam yaşamağı bacarmayanlardır...
Yarının qoxusuna həsrət qalanlardır.
İndi deyin çox hörmətli Sahibə xanım
elə bir şəraitdə Vətəni üçün xidmət edənlərin əməkhaqqısını bir qata endirmək nə dərəcədə düzdür ???
Bu qətiyyən yolverilməzdir!!!
Sözün ölçüsünü çəkisini bilmədən səsləndirənlər Ali Baş Komandanın gördüyü işlərə kölgə salanlardır. Vətən müharibəsi başlayan gündən bu günə kimi işğaldan azad olunan torpaqlara hər gedişində hərbi geyimi qürurla daşıyan Ali Baş Komandanın hərbiçilərə verdiyi ilk dəyər məhz bununla görünür.
Ümid edirəm ki, tezliklə bu məsələ haqqında cənab Ali Baş Komandan ədalətli qərar verəcək.
Və Onun atdığı qürurverici addımlarından bəziləri nəticə çıxarmağa çalışacaqlar.
P.S. Milli məclisin maaş cədvəli olan fotoşəkli paylaşmaqda isə məqsədim budur.
Sahibə xanım bu cədvəldəki rəqəmlərə birdə diqqətlə baxsın və hərbiçilərin əməkhaqqı cədvəli ilə bir araya qoysun. Hərbiçilərin yaşayış tərzi haqqında daha çox yaza bilərdim amma arifə bir işarə də bəs edər. Sahibə xanım bu saydıqlarımla öz yaşayışların bir tərəziyə qoymağı bacararsa. Nəticə qənaətbəxş olar.
Hərbiçi evindən ailəsindən nigaran qalmamalıdır! Hərbiçilərin övladları ata həsrəti ilə böyüyürsə onlar heç bir çətinliklə üzləşməməlidir, ən yüksək qida ilə qidalanmalıdır.
Hərbiçilərin hər biri gəzən Şəhiddirlər. Onlara şəadətə qovuşduqdan sonra deyil, sağlığında dəyər vermək lazımdır!
Sahibə xanım biz analar milli məclisdə əyləşən qadınlarımızın daha da çox olmasını istəyirik. Çalışın Anaların səsi olun.
Qazi Anası


Almaz İlahə

Oxunub: 690
Oxşar xəbərlər
SON XƏBƏRLƏR