dini radikalizm və ekstremizmlə mübarizə

Olum ya ölüm? İntihar...İntihar...


Məşhur Şekspirin qəhrəmanı Hamletin "olum ya ölum" sualı bu günümüzdə bu qədər aktual olacağı ağlımıza da gəlməzdi... Halbuki, müasir həyatın bütün lüksləri qarşımızda durarkən niyə qaranlıq sonu düşünməliyik...
Demək ki, bütün gözəlliklər zahirdə yox, daxildə baş verməlidir... Daxil qaranlıqdırsa, zahirdəki bütün işıqlar sönük qalır.
İntihar sanki, bir oyuna çevrilib... Hər kəs özünü zirvədən atır... Bəlkə aciz və gücsüz olduğu üçün, əsl zirvəni fəth edə bilmədiyi üçün, bəlkə də hamıdan ağıllı, hamıdan müdrik olduğu üçün və ya cəmiyyətə üsyan etdiyi üçün... Bəlkələr... Fərziyyələr uzandıqca uzanır, fakt isə faktlığında qalır.
Çoxları günahı cəmiyyətdə görür, insanların bir birinə laqeydliyində, ətraf mühitin münasibət zəminindəki soyuqluğunda, təhsil müəssisələrinin əsl güclü insan modelinin formalaşması üçün zəif təsir gücündə və s...
Əlbəttə, bütün bu faktorlar da danılmazdır... Ailə, cəmiyyətin kiçik modelidir. Bəlkə, hər şeyin kökündə elə məhz ailə durur. Uşaq doğulandan cəmiyyətə atılmır ki... Ailə sevgisi, qayğısı ilə böyüyür sonra böyük cəmiyyətə atılır və bəzi ailələr düşünür ki, bununla da missiyaları bitir..
Əksinə, böyüdükcə, ətraf mühitlə təmasda olduqca, psixoloji gərginliklər yaranır... Üstəlik nəzərə alsaq ki, internet dövrüdür, hər kəs geyimini, istirahət etdiyi məkanları, gözəlləşmək üçün etdirdiyi əməliyyatları hər gün zorla da olsa bizə nümayiş etdirib, lovğalanmağa calışır və buna da hər gəncin imkanı çatmır, onda mənzərə aydın olar... Və evə gəldikdə, bir tərəfdən də valideynlərin kobudluğu, laqeydliyi bütün bunlara zəmin yaradır.
Mən də anayam və bilirəm ki, yeniyetmə qızlar həssas olur, bahalı brendlərə can atır, bu da günümüzün diktəsidir. Əlbəttə ki, bacardıqlarımı edirəm və həmişə də vurğulayıram ki, hər kəs ayağını yorğanına görə uzatmalıdır, zəhmətinə güvənməlisən, elmə güc verməlisən!... Əxlaq isə qadının baş ucalığıdır... Bu dəyərləri, zaman zaman övladlarımıza aşılamalıyıq ki, gənc nəsil sağlam böyüsün.
Bir misal çəkim: qızım, uşaqlıqda tez tez həkimə gedirdi, zəif idi və bundan ruh düşkünlüyü yaşıyırdı. Mən bu halı aradan qaldırmaq üçün hər dəfə, həkimdən çıxan kimi onu, əyləncə məkanlarına parka, kafeyə, bulvara aparırdım və ya kiçik hədiyyələr-gəlinciklər alırdım və beləliklə də o, hər şeyi unudurdu... Demək ki, ən böyük məsuliyyət biz valideynlərin üzərinə düşür. Gəlin, bu gün laqeyd olmayaq ki, sabah gec olmasın...
Burdan cəmiyyətə də üz tutmaq istəyirəm, gəlin, bir-birimizə laqeyd olmayaq, ən azından mənəvi dəstəkdən qalmayaq. Bir tikə dağ aşırar, bir xoş söz insanı yenidən yaradar... Biz istəsək də istəməsək də bir birimizə bağlıyıq, çünki hər birimiz canlı insanıq!!! Bunu unutmayaq! Güclü Azərbaycanın güclü övladlarını yetişdirək !

Təranə Feyzullayeva

Oxunub: 811
Oxşar xəbərlər
SON XƏBƏRLƏR