dini radikalizm və ekstremizmlə mübarizə

Tarixi Qarabağ torpaqları inkişaf yollarında


Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara tez-tez baş tutan səfəri, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında proqramın təsdiq edilməsi strateji planlaşdırmanın dövlətin idarəedilməsi istiqamətində zəruri prioritet məsələ olduğunu bir daha sübut edir. Bu strateji planlaşdırma vasitəsilə Azərbaycanda sahələr üzrə sürətli inkişafın təmin edilməsi, inkişafetdirici prioritetlərin müəyyən edilməsi, əsaslı idarəetmə metodunun və ölkənin gələcək inkişafı yüksək səviyyədə qurulmuşdur. Ölkənin beynəlxalq aləmdə həm siyasi, həm də strateji baxımdan artan nüfuzu onu göstərir ki, dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Azərbaycan dünya dövlətləri içərisində özünün sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin edən ölkələrdəndir.
İşğal olunmuş torpaqlarımız uğrunda ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi arenada əsaslı mübarizə və bu əzmkar mübarizənin fonunda Vətən Müharibəsində qazanılan qələbə ilə Azərbaycanda yeni inkişaf mərhələsi başlandı. Əldə olunmuş qələbə ilə otuz ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızın yenidən ölkə iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.
Regionda yeni siyasi-iqtisadi reallıq onu göstərir ki, Vətən Müharibəsində əldə edilmiş qələbə Azərbaycan üçün yeni inkişafın yol xəritəsi artıq qurulmuşdur. Qazanılmış qələbə ilə Azərbaycan dövlət sərhədlərini bərpa etdi. Bu, Böyük Qayıdışın təməli deməkdir. Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında körpü rolunu oynayır. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Özünün məğlubedilməzlik mifologiyasını yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bununla da Ermənistan həm siyasi, həm hərbi, həm də iqtisadi cəhətdən çökmüş oldu. Uzun illər Ermənistan itirilmiş iradəsini bərpa etmək üçün çalışmalıdır.
Cənab Prezident İlham Əliyevin nümayiş etdirdiyi qəti siyasi iradə Azərbaycanı bütün təzyiqlərdən uzaqlaşdırdı. Bu siyasi iradə və cənab Prezident İlham Əliyevin dünyanın aparıcı medialarına verdiyi müsahibə beynəlxalq informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi.Qazanılmış qələbə nəticəsində bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Təbii ki, bu qələbə cənab Prezident İlham Əliyevin keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının hədiyyəsidir.
Ölkə gəncləri Prezidentimizin uğurlu və uzaqgörən siyasətini hər zaman dəstəkləyir. Onun uğurlu siyasəti nəticəsində ölkəmiz hərtərəfli inkişaf edib. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Bu gün də Cənab Prezidentimiz İlham Əliyev bu siyasəti uğurla davam etdirərək daima Azərbaycan gəncliyini dəstəkləyir. Ölkənin idarə olunmasından başlayaraq bütün həyati əhəmiyyətli sahələrdə gənclərə etimad göstərir. Cənab Prezidentin dediyi kimi: “Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda, multikulturalizm ruhunda”. Bu ideyalar gəncliyimizin hərəkətverici ideya qüvvəsidir. “Azərbaycanı ən qüdrətli ölkəyə çevirək” çağırışına uyğun aparılan islahatlarda və Vətən Müharibəsindəki tarixi qələbədə gənc nəslin fəallığı hər sahədə hiss olunur.

Elşən Ağazadə
Biləsuvar rayon YAP Gənclər Birliyinin
İdarə Heyətinin üzvü

Oxunub: 908
Oxşar xəbərlər
SON XƏBƏRLƏR