dini radikalizm və ekstremizmlə mübarizə

126 gündən sonra komadan ayıldığı deyilən əsgərimizin anasından AÇIQLAMA

126 gündən sonra komadan ayıldığı deyilən əsgərimizin anasından AÇIQLAMA

"126 gündən sonra komadan ayıldı" deyilən əsgər Tacəddin İsmayılzadənin anası açıqlama verib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə sosial şəbəkədə məlumat verib. Ananın sözlərinə görə, Tacəddin komadan ayılmayıb: “Balam Tacəddin 126 gündür ki, komadadır. Çox xahiş edirəm özünüzdən söz yazıb hamının hissləri ilə oynamayın. Balamın vəziyyəti çox ağırdır, hər an Allaha yalvarıram ki, pis xəbər eşitməyim. Nə olar, özünüzə reytinq qazanmaq üçün bizim hisslərimizlə oynamayın”.

Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə əsgər Tacəddin İsmayılzadənin 125 gündən sonra komandan ayılması ilə bağlı məlumat və video yayılıb.
Xatırladaq ki, Tacəddin İsmayılzadə oktyabrın ayının 9-u Füzuli istiqamətində gedən ağır döyüşlər nəticəsində yaralanıb.

Oxunub: 373
Oxşar xəbərlər
SON XƏBƏRLƏR