dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan daha 5 erməni "əsiri" qaytardı

Azərbaycan daha 5 erməni "əsiri" qaytardı

Azərbaycanla Ermənistan arasında əsirlərin növbəti dəyişdirilməsi prosesi baş tutub.

Axar.az xəbər verir ki, bunu Qarabağdakı rus sülhməramlı kontingentin rəhbəri general Rüstəm Muradov deyib.

Bu gün ərislərin növbəti dəyişdirilməsi baş tutub. Rus sülhməramlılarının şəxsən mənim nəzarətim altında apardıqları iş nəticəsində Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarəsilə əsirlikdə olan bir nəfər Bakıya çatdırıldı, 5 nəfər isə İrəvana qaytarıldı”, - Muradov bildirib.

Qeyd edək ki, bundan öncə də R.Muradov bir azərbaycanlı əsiri Bakıya gətirmiş, 5 erməni "əsiri" qaytarmışdı.

Xatırladaq ki, DTX-nın antiterror əməliyyatı ilə ələ keçirdiyi erməni silahlılarını rəsmi Bakı hərbi əsir deyil, terrorçu olduğunu elan edib.

Oxunub: 399
Oxşar xəbərlər
SON XƏBƏRLƏR