dini radikalizm və ekstremizmlə mübarizə

Zəngəzurun daha bir hissəsi Azərbaycanın nəzarətinə keçib

Zəngəzurun daha bir hissəsi Azərbaycanın nəzarətinə keçib

Zəngəzurun Xinzirək (Nerkin Xndzoresk) kəndi istiqamətində bəzi mövqelər Azərbaycanın nəzarətinə keçib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb. Kəndin icma rəhbəri Yervand Maluntsun sözlərinə görə, fevralın 4-də Ermənistan Silahlı Qüvvələri bəzi mövqelərdən geri çəkilib, artıq həmin mövqelərə azərbaycanlıların nəzarətindədir.

Malunts sosial şəbəkələrdə kəndin tam Azərbaycana verildiyinə dair iddiaları təkzib edib: "Amma kənddəki evlər ilə Azərbaycan mövqeləri arasındakı məsafə cəmi bir neçə yüz metrdir".
Qeyd edək ki, bundan əvvəl sərhədlərin müəyyənləşdirilməsi nəticəsində Zəngəzurun Şurnuxu kəndindən 12 evin yerləşdiyi ərazi Azərbaycanın nəzarətinə keçib.

Oxunub: 412
Oxşar xəbərlər
SON XƏBƏRLƏR