dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid Rahim Quliyev


İkinci Vətən müharibəsi iştirakçısı, “VƏTƏN UĞRUNDA” medalı ilə təltif olunan şəhid Quliyev Rahim Yalçın oğlu.
2001-ci ildə Cəlilabad rayonunun Həziabad kəndində anadan olmuşdur.
Sabunçu rayon, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yaşamışdır. 15 sentyabr 2007-ci ildə Kəlbəcər adına 23 saylı tam orta məktəbə qəbul olub. 14 iyun 2016-cı ildə 71 saylı tam orta məktəbi bitirib. Sonra peşə məktəbinə daxil olaraq Avtomobillərin təmiri üzrə çilingər ixtisasi üzrə təhsilini başa vurmuşdur.
Təhsil aldığı müddətdə həmin peşə üzrə çalışmışdır.
11 iyul 2019-cu ildə hərbi xidmətə yollanıb. Vətənpərvərliyi ilə seçilən Rahim İkinci Vətən müharibəsində iştirak edib. 02 oktyabr 2020-ci il tarixində Füzuli- Cəbrayıl istiqamətində gedən döyüşlərdə son damla qanına kimi vuruşaraq, şəhidlik zirvəsinə ucalmışdır. Allah şəhidimizə rəhmət eləsin.

Turan Məmiyev

Oxunub: 905
Oxşar xəbərlər
SON XƏBƏRLƏR