dini radikalizm və ekstremizmlə mübarizə

Anım Gününün təsis edilməsi ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib

Anım Gününün təsis edilməsi ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilib

Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Əmək Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, Əmək Məcəlləsinə əlavə edilən 106.1 maddəyə (Azərbaycan Respublikasında Anım Günü) əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.

Qeyd edək ki, qanun Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Oxunub: 342
Oxşar xəbərlər
SON XƏBƏRLƏR