dini radikalizm və ekstremizmlə mübarizə

ZƏFƏRLƏ GERİ DÖNƏN İGİDLƏRİMİZ COŞQUYLA QARŞILANIR...


44 günlük haqq savaşımızda Vətən müharibəsinə könüllü yollanan, cəngavərlərimiz xidmətdə olan silahdaşlarıyla çiyin çiyinə düşmənə qan uddurdu. Ali Baş Komandanımızın rəhbərliyi ilə tarixi Qarabağ torpaqlarımızı qısa vaxtda yağılardan azad edərək öz əzəli soydaşlarımıza qaytarmağı bacardılar. Bu gün onların hər birinin döyüş yolu bir tatix, bir dastandır. Qəhrəmanlıq salnaməsi yaradan bu gənclərimiz artıq bir neçə gündür ki, ölkə başçısının müvafiq sərəncamı ilə ordudan ehtiyata buraxılaraq sakini olduğu doğma ocaqlarına, ailələrinə dönürlər. Zəfər çalmış əsgərlərimizin evlərinə dönüşü isə böyük coşqu və sevinclə qeyd olunur. Vətən oğullarının Biləsuvarda da hər gün üçrəngli bayrağımızın təntənəsi ilə qarşılanma mərasimi keçirilir.
Bu gün qarşılanan vətən oğullarından biri də şəhər sakini Murtuzov ELMİR Nazim oğludur. 1997-ci il təvəllüdlü Elmir Vətən müharibəsi başlayan ilk günlərdən könüllü olaraq döyüşlərə qatılıb. Qorxmaz oğul Füzulidən Şuşaya qədər döyüş yolu keçib. 44 günlük müharibənin sonunadək doğma yurdlarımızı qarışbaqarış düşməndən təmizləyən qalib əsgərimiz deyir ki, özümü çox xoşbəxt hesab edirəm, torpaqlarımızın işğaldan azadlığında iştirak etmişəm.
Şuşadan tərxis olunan qəhrəmanımızın sağ salamat gəlişinə qurbanlar kəsilmiş, doğmalarına gözaydınlıq verilmişdir.
Eşq olsun, müzəffər ordumuza, eşq olsun, qalib Azərbaycan əsgərinə! Zəfərli günlər diləyi ilə..

Surxay ŞAHBAZOV
"Region-press" qəzetinin baş redaktoru

Oxunub: 609
Oxşar xəbərlər
SON XƏBƏRLƏR