dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİD BAŞ LEYTENANT BABAYEV VÜSAL


Bu gün 27 sentyabr 2020-ci ildən başlanan Böyük Vətən Muharibəsində Qəhrəmancasına Şəhid olmuş Babayev Vüsalın doğum günündə Şəhidimizin ailəsi doğmaları yaxınları ilə birıikdə ziyarətində olduq.
Belə bir gündə ailənin yanında olmaq bir vətəndaş kimi hər birimizin borcudur.
Şəhidimizin 2 qız ovladı bizlərə əmanət qaldı.
Balaca qızı bəlkədə hələdə atasızlığın nə olduğunu anlamır. Gələn qonaqlara sevinclə baxır. O hələdə atasız günlərin ağırlığın, həsrətin anlamır.
Böyük qızı isə gözləri sanki dərya idi. Gəmiləri qərq olmuş dərya. Tez-tez dolub boşalırdı. Atasının məzarı üstə dolmuş baxışları ilə gah nənəsinə, gah da babasına baxırdı.
Qız ovladları ataları ilə nəfəs alarlar.
Balaca uşaq ikən artıq həsrət onu böyük insan edəcək. Hər dəfə ata kəliməsi eşidiləndə gözləri dolacaq, amma yenədə balaca bacısından göz yaşını gizləyəcək ona təsəlli verəcək" atamız gələcəy" deyəcək.
İllər ötəcək və hər kəs kimi sizdə Qəhrəman atanızla fəxr edəcəysiniz.

HƏYATI
Vüsal Sübbuh oğlu Babayev 8 yanvar 1992-ci ildə anadan olub, tərbiyəsi, sakitliyi, iti zehni və ağlı ilə yaşıdlarından həmişə seçilib. Son tikəsini hər kəslə bölən bir uşaq olub. 1999-cu ildə Pirallahı rayon 186 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. Müəllimləri onu dərslərinə bağlı, savadlı məktəbli kimi xatırlayırlar. Musiqi dərsində sinif yoldaşları sıra ilə hərə bir mahnı oxuyub. Vüsala növbə çatanda isə o, Dövlət himnimizi ifa edib.

HƏRBİ XİDMƏTİ
2015-ci ildə Goranboy rayonunda “N” saylı hərbi hissədə, sonuncu dəfə, 2018-ci ildə isə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində ağır artilleriya hissəsində komandir vəzifəsində xidmət göstərib. Xidmət müddətində əsgərlərinin, iş yoldaşlarının sevgisini, rəğbətini qazanıb. Əsgərlərə qarşı tək komandir deyil, həm də ata münasibəti göstərərək, hər zaman onların qayğısına qalıb. Bu müddətdə məsuliyyətli, peşəkar hərbçi mütəxəssis kimi Fəxri fərman və medalla təltif olunub.

ŞƏHADƏTİ

Vüsal bir çox hərbi təlimlərdə də iştirak edib. 2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi başlayan kimi Vətəni canından artıq sevən cəsur zabit öz vəzifə borcunu yerinə yetirmək üçün ön cəbhəyə yollanır. Cəsur komandir, nümunəvi ailə başçısı Vüsal Babayev  2020-ci il oktyabrın 21-i Füzuli rayonunun Gecəgözlü kəndində yaralı döyüş yoldaşını xilas edərkən yanına mərmi düşməsi nəticəsində qəhrəmancasına ən ali məqama - Şəhidlik zirvəsinə ucalır
Ailəli idi 3 yaşlı Selcan və 1 yaşlı Rüqəyyə yadigar qalıb.



Oxunub: 873
Oxşar xəbərlər
SON XƏBƏRLƏR