dini radikalizm və ekstremizmlə mübarizə

"Ali Baş Komandanımızın çıxışında "Şuşasız işimiz yarımçıq olar" kəlməsi döyüş ruhumuza yeni nəfəs verdi". "Cəsur döyüşçü" gizir Əkbər Hüseynzadə.


Ali Baş Komandanımızın çıxışında "Şuşasız işimiz yarımçıq olar..." kəlməsi döyüş ruhumuza yeni nəfəs verdi.
Hüseynzadə Əkbər Elşən oğlu 1993- cü ilin noyabrın 21- də Biləsuvarın Çaylı kəndində anadan olub. 2013-cü ildə həqiqi hərbi xidmətini ön xətdə başa vurduqdan sonra, elə həmin il gizirlik məktəbinə daxil olur. Kurslarda Tank komandiri ixtisasına yiyələnərək, ordumuzun Beyləqan korpusunda xidmətini davam etdirir. Zəfər tariximizin başlanğıcı olan 2016- cı ilin aprel döyüşlərində "Lələ" təpə yüksəkliyinin alınmasında xüsusi rəşadət göstərir. Komandirlərinin təşəkkür və Fəxri fərmanları ilə təltif olunub. 2020-ci ilin 27 Sentyabr tarixindən başlanan əks hücum əməliyyatlarına gizir Əkbər Hüseynzadə Füzuli istiqamətindən başlayır. Düşmənə sarsıdıcı zərbələr endirən gizir dəstəsi ilə Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən gərgin döyüşlərdə igidlik göstərir. Oktyabr ayının ilk günlərində döyüşlərdə aldığı beyin kontuziyasindan bir həftəlik müalicə olunaraq yenidən döyüş meydanına dönür.. Arzuladığı Şuşa şəhərinin alınmasında döyüşlərdə iştirak edir. Hücum əmrinə və döyüş tapşırıqlarına vaxtında dəqiq əməl etməsi komandanlığın da diqqətindən yayınmır. Zəfər çalmış ordumuzun giziri Əkbər Hüseynzadə də ötən gün prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif olunub.

Surxay ŞAHBAZOV

Oxunub: 758
Oxşar xəbərlər
SON XƏBƏRLƏR