dini radikalizm və ekstremizmlə mübarizə

Ələsgər Həkimov evdən deyil, eldən getdi


Ələsgər Həkimov bu ad çoxlarına tanışdır. Sədaqətli Heydər Əliyevçi! Onun Ali Baş komandanın ailəsinə sədaqətinin hər gün şahidi olurdum.
Bütün sosial medianı izləyirdi. Mən xəbərlər saytının rəhbəri olsamda, əksər hallatda bir çox xəbərləri ondan öyrənirdim. Dövlət və dövlətçiliyin qorunması üçün əlindən gələni edirdi. Onu həm məmurlar həm sadə insanlar tanıyır. Yüksək vəzifədə çalışan yüzlərlə dostları vardı. Hər zaman dostlarını sadə insanlara görə narahat edirdi. İşsizin, xəstənin, darda olanın köməyi olmaq üçün onlara ağız açırdı.
O, Vətəni Azərbaycanın hər bir qarışını sevirdi.
O, insanları, insanlığı sevirdi. Qəlbində Allah rəhmi, Allah qorcusu vardı. Bəlkə də bu səbəbdən Ona uzanan hər bir əli tutmağa çalışırdı. Bəzən olunan müraciətlə bağlı yardım edə bilmədikdə onu özünə böyük dərd edirdi, müəyyən yollar axtarırdı. Deyərdim ki, o özü üçün heç yaşamadı. Bir komanda olaraq biz bu xalqa xidmət etdik. Seyid Elman Əsədullayevlə, Ravin Həsənovla, şəhid ailəlri və qazilər üçün atıqları addımların şahidi canlı olaraq mənəm. Mətanət Əsgərqızına gecənin istənilən saatı zəng edərək əsgər şəhid ailəsinin işini həvalə edərdi. O, Azərbaycan xalqının, millətinin müsəlləh əsgəri idi.
Bu gördüyünüz rəsmi XTQ üçün təşkil etdiyimiz tədbir zaman mən çəkmişdim. Gözləri yol çəkirdi. Sonra bu şəklə baxanda düşündüm sanki dünyanın dərdi çiyinlərindədir. Əslində həqiqətən də onun çiynində ağır yük çox idi. Onu tanıyan hər kəs dərdini onunla bölüşürdü, problemi üçün ona müraciət edirdi. Hər kəs onu ümid pənah yeri bilirdi. Onun gedişi evdən deyil eldən oldu. O, bir ailənin övladı deyildi. O, elin oğluı idi.
Mənə bu sarsıdıcı xəbəri şəhid qızl Nərminə verdi inanmaq istəmirdim. İlk Seyid Elmana telefon zəngi açdım. Çünkü yoxluğuna inanmaq istəmirdim. Elman qardaş eşitdiyim xəbərin düz olduğunu söyləmə dedim. O, hüzünlü səslə məyus- məyus düzdür bacım dedi. O anı qələmə ala bilmirəm. Bir neçə saat öncə Əsgər Ailələrinə Dəstəy İctimai Brliyinin ofisindən Səninlə əlaqə yaratdıq hamımız səninlə danışdıq, təkidlə xəstəxanaya getməyini xahiş etdik. Səninlə son danışığımız olacağını ağlıma gətirməzdim. Bir neçə saatdan sonra aldığım xəbərə inanmaq istəməyərək evinə gəldim əziz qardaşım. İlk dəfə idi ki, məni qapıda qarşılamadın. Ağlaşma sədaları eşitməyim xəbərin doğru olduğunu isbatlasada yenə də inanmaq istəmədim. O vaxta kimi sənin cənazəni yerdə görənə kimi. Bir nəfər sarılaraq fəryad edirdi. Niyə məni qoyub getdin axı səni atam kimi sevirdim. Bu şəhid övladı idi. Görəsən hələ nə qədər sənə ata kimi güvənənlər fəryad edəcək?
Gözəl insan Sənin yoxluğun necə ağır bir yük olduğunu yazmağa acizlik çəkirəm.
Bilirəm ki, hələ səndən çoxxx yazacam.(((((
Halallaşdım Səninlə. Məkanın cənnət olsun.
Səni yazmağa söz acizdir gözəl insan, sədaqətli dost, əziz qardaş.
Yetimlərin pənahı, məzlumların, haqqı tapdananların haqq səsi... Sən minlərlə insanın ümid qapısı idin.

Məkanın cənnət olsun. Ruhun şad olsun.

Əziz qardaşım sən hər zaman qəlblərdə yaşayacaqsan!

ALMAZ İLAHƏ





Oxunub: 845
Oxşar xəbərlər
SON XƏBƏRLƏR