Bu gün oxucularıma bir çoxlarının hörmət və ehtiram etdiyi gözəl insandan söz açacağam.
Onu uzun illər öncə tanıdım. Cənab Prezident İlham Əliyev ilk dəfə Cəlilabad şəhərinə səfər etmişdi. Mən də Həqiqətlər və Faktlar qəzetində baş redaktorun müavini, Ölkə içi olaylar qəzetinin isə baş redaktor vəzifəsində çalışırdım. Cəlilabad şəhərinin abadlaşması və Cənab prezidentin gəlişi ilə bağlı xüsusi buraxılış hazırlamaq qərarını verdim. Cəlilabad İcra hakimiyyətinə yollandım, qeydiyyatdan keçdikdən sonra Əziz müəllim şəxsən özü məni qəbul etdi. Şəhərdə görülən abadlıq işləri və görüləcək işlər haqqında ətraflı danışdı.
Özünə qarşı çox tələbkar insan olduğunu hələ onda bilmişdim. Beləcə geniş sayda xüsusi buraxılış dərc olundu. Bir İcra Başçısının əməyi sanki o xüsusi buraxılışda öz əksini tapmışdı.
Beləcə hər zaman hansı rayonda işləməsindən asılı olmayaraq atdığı hər bir addımda Azərbaycan Respublikasının Prezidentinə sədaqətini gördüyü işlərlə sübuta yetirdi. Bir media nümayəndəsi kimi biz də öz üzərimizə düşəni etdik. Bu gün artıq Əziz müəllim mənim sakini olduğum Suraxanı rayonunda İcra Başçısı vəzifəsini daşıyır. Mən isə rayonun ictimai siyasi həyatında hər zaman iştirak edən bir ictimai xadim kimi rayonun səmimi isti münasibətə ehtiyacı olduğunu bilirdim. Onun gəlişi ən ağır günlərdə oldu. Pandemiya ilə mübarizə sonra da 44 günlük Vətən müharibəsi. Onun Suraxanılıların, Xiləlilərin Bülbüləlilərin, Yeni Suraxanı sakinlərinin ən ağır günlərində yanlarında olması, dərdlərinə şərik olmaqla yanaşı həm mənəvi, həm maddi dəstəy durması qısa zaman kəsiyində sakinlərin məhəbbətin qazandırdı.
Bu gün dəyərli insan Əziz müəllimin şad günüdür... Bu ad günü onun ömründə başqa ad günlərinə bənzəmədi . Bu doğum günü zəfər soraqlı qələbə bayramı ilə bir arada qeyd olunur.
Əziz müəllimə arzularım çoxdur, amma bir cümlə ilə ifadə etsəm pis olmazdı...İlk növbədə maraqlı və mənalı ömür, ən gözəl nemət olan möhkəm can sağlığı arzu edirəm...
Peşəkar fəaliyyətinizə nəzər yetirəndə aydın olur ki, Siz RİHB kimi artıq öz sözünüzü demisiniz. Şəhid Analarının və aztəminatlı ailələrinin yanında olaraq, onlara mənəvi dəstək olub, dərdlərinə şərik çıxırsınız...Siz bu keyfiyyətlərə malik bir ınsansınız.
Qəlbi bala dərdli valideyinlərin qəlbini oxşamaqla, Siz Suraxanı rayonun sakinlərinin məhəbbətin və ehtiramın qazandınız.
Bir daha Zəfər əzimli doğum gününüz mübarək Əziz müəllim!
Ən xoş arzularla, Djb.az xəbərlər və informasiya portalının təsisçisi Almaz Əhmədova
Oxunub: 510