Əziz Azərbaycanlılarım !
Biz qəhrəman və qorxmaz igidlərimizi tanımalıyiq. Onlar Qarabağda bu 44 gün ərzində erməni terrorçularına imkan verməyiblər ki başlarını qaldırsınlar. Bu gün onlardan biri haqqında yazıram. Biz öz qəhrəman övladlarımızın mütləq tanımalıyıq.
O XTQ - unun qəhrəmanlarından biri
Qubadov Turan Arif oğludur. Rəhmətlik atası Azərbaycanın Milli Qəhrəmanı Qubadov Arif Vəliş oğlu, Cəlilabad rayonun Akıqasımli kəndində anadan olub. O, 1992 - ci ildə SSSR - in Daxili Qoşunlarını sıralarını tərk edərək vətəninə qayıdır. Dərhal könüllü olaraq, Azərbaycan Silahlı Qüvvələrinə yazılır və 777 saylı hərbi hissənin tərkibində Qarabağda gedən döyüşlərə qatılır. Döyüş zamanı tağım komandiri vəzifəsində xidmət edib. Sədərəkdə və Qarabağda gedən doyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. O, Sədərəkdə,Şuşada, Ağdamda, Füzulidə və Tər - Tər rayonları ügrunda gedən döyüşlərdə həmişə fərqlənib. Azərbaycan Silahlı Qüvvələrin polkovniki - leytenantı Qubadov Arif Vəliş oğlu uzun sürən xəstəlikdən dünyasi dəyişir.
Hal hazırda isə rəhmətlik A.V. Qubadovun yolunu, öglu Qubadov Turan Arif oğlu davam edir. 44 gün gedən Vətən müharibəsində Turan Arifoğlu, azad olunan bütün rayonlar və kəndlər uğrunda XTQ - min tərkibində iştirak etmiş və düşmənə qarşı amansız olub. Hal hazırda Qarabağda xidmətini davam edir. Sizlərə onun və döyüş yoldaşlarının şəkillərini paylaşıram. Allah Azərbaycanımızı qorusun. Amin !
Mirmais Mirəzizoğlu
DJB.az ( Dünya Jurnalistlər Birliyi )
Oxunub: 665