dini radikalizm və ekstremizmlə mübarizə

Adil Əliyev sosial şəbəkədə insanlara müraciət elədi


Əziz dostlar, gələcəkdən qorxmayın, bədbin olmayın, nikbin olun, nikbinlik böyük insanların sərvətidir. Bildiyiniz kimi, noyabrın 10-da imzalanmış birgə bəyanatın tələblərindən biri orada qanunsuz yaşayan ermənilərin noyabrın 15-dək Kəlbəcərdən çıxarılması idi. Lakin Ermənistan tərəfi Rusiya vasitəsilə bu vaxtın noyabrın 25-dək uzadılması üçün müraciət edib.
Azərbaycan dövləti bu müraciətdə göstərilən hava şəraitinin pisləşməsini, o istiqamətdə mövcud olan yeganə yolun ötürücülük qabiliyyətinin aşağı olmasını nəzərə alaraq, Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Bununla belə, Ermənistan silahlı qüvvələrinin noyabrın 20-də Ağdamdan, dekabrın 1-dək isə Laçından çıxarılması ilə bağlı şərtlər qüvvədə qalır.
Bəzi maraqlı dairələrin bu məsələ ilə bağlı təxtibat xarakterli lüzumsuz manipulyasiya cəhdləri yersiz və qərəzlidir.
Allah şəhidlərimizin ruhunu şad eləsin, yaxınlarına səbr, yaralılarımıza tezliklə şəfa versin..!
Qarabağ bizimdir..! Qarabağ Azərbaycandır..! Yaşasın Silahlı Qüvvələrinin Ali Baş Komandanı..! Yaşasın Azərbaycan Ordusu..!

Oxunub: 469
Oxşar xəbərlər
SON XƏBƏRLƏR