dini radikalizm və ekstremizmlə mübarizə

14 Noyabr tarixi, Dünyada yaşayan Axısxa Türklərinin ən faciəvi tarixi günlərindən biridir.


Xalqımızın Vətəndən sürgün edilməsindən 76 il keçir. 1944 cü ilin Noyabrın 14-də Sovet İmperiyası əsrlər boyu Gürcüstanın Samtsxe - Cavaxetiya bölgəsində yaşayan 86000 - dən çox Axısxa Türkünü bir gecədə heyvan vaqonlarına dolduraraq Orta Asiya çöllərinə sürdü. 17000 - dən çox soydaşımız bu ölüm yolculuğu zamanı aclıqdan, susuzluqdan, soyuqdan həyatlarını itirdilər. Bütün bu zülm və soyqırıma rəğmən sağ qaldıq. Və bu gündə dünyanın 9-dan çox ölkəsinə səpələnmiş halda yaşamaqdayıq. Təəsüflər olsun ki, Axısxa Türklərinin vətənsizliyi artıq 76 ildir davam edir və 60 ildən çoxdur ki, Axısxa Türklərinin "Vətən" İctimai Birliyi öz doğma yurd-yuvalarına geri qayıtmaq üçün mübarizə aparır. Ümid edirik ki gələn il Sürgünün 77-ci il dönümünü Vətənimiz Axısxaya yerləşərək qeyd edərik. Bir daha bu Sürgün və soyqırım zamanı həyatını itirən soydaşlarımıza Allah rəhmət eləsin.

İsmayıl Rəhimov
Azərbaycanda yaşayan Ahıska Türkləri VATAN İctimai Birliyi İdarə Heyətinin və İcmanın Sədri

Oxunub: 443
Oxşar xəbərlər
SON XƏBƏRLƏR