dini radikalizm və ekstremizmlə mübarizə

Rus jurnalistin Hadrutla bağlı daha bir yalanı – Foto

Rus jurnalistin Hadrutla bağlı daha bir yalanı – Foto

“WarGonzo” layihəsinin müəllifi, rusiyalı hərbi jurnalist Semyon Peqovun işğaldan azad edilən Hadrutun guya Ermənistan ordusunun nəzarətində olması ilə bağlı yaydığı videonun saxta olduğunu təsdiqləyən daha bir fakt üzə çıxıb.

Axar.az xəbər verir ki, Peqov məlum videonu 11 oktyabr tarixində yaymışdı. Həmin tarixdə isə humanitar atəşkəs idi və bundan istifadə edən Peqov Qırmızı Xaçın missiyası çərçivəsində Hadruta erməni əsgərlərinin meyitlərini toplamaq üçün girən maşınla gəlmiş, sözügedən ərazidə çəkiliş aparmışdı. Əlbəttə ki, Qırmızı Xaç missiyasına Azərbaycan ordusu atəş açmazdı.

Həmin saxta görüntülərdə əslində UAZ maşınının arxasındakı Qırmızı Xaçın simvolunun görüntülərdən silinməsini əks etdirən kadrın skrin-fotosunu təqdim etmişdik. İndi yayılan daha bir foto sözügedən videonun saxtalığına növbəti sübutdur.

Belə ki, Peqov Hadrut yazılan lövhənin yanında dayanmış və ordakı daşın üzərindən poz verib, atəş açan erməni əsgəri də lentə almışdı.

Sözügedən epizodun kadarxası fotosunu Türkiyə mediası tirajlayıb. O fotoda erməni əsgərin arxasında xaç işarəsi olduğu və Peqovun məhz Qırmızı Xaç missiyasının tərkibində Hadruta girə bildiyi növbəti dəfə təsdiqlənir.

Sözügedən fotoları təqdim edirik:

Qeyd edək ki, Peqovun əməllərinə görə ona qarşı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.



Oxunub: 375
Oxşar xəbərlər
SON XƏBƏRLƏR