“Orduyla bağlı yalnız rəsmi məlumatlara inanıb onların təbliğiylə məşğul olmalıyıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev bu gün keçirilən Gənclər və idman komitəsinin iclasında deyib.
O qeyd edib ki, ordunun fəaliyyətiylə bağlı bir çox məsələnin rəsmi məlumat olmadan işıqlanmaması üçün müəyyən işlər görülməlidir: “Hər birimiz seçicilərimizlə görüşlərdə, həmçinin mətbu orqanlarda bağlı bu məsələyə diqqət yetirməliyik. Pandemiyanı və baş vermiş Tovuz hadisələrini nəzərə almalıyıq. Düşmən təxribatının qarşısını biz birlikdə ala bilərik”.
Oxunub: 361