dini radikalizm və ekstremizmlə mübarizə

Axırıncı sözü bu olub: "Heyf ki, Fəridi gətirə bilmədim..."


Firuzə xanım yada salır ki, Mübarizin ölümündən sonra bir dəfə Əhmədə dedim ki, bala, düşmən onun meyitini vermir, bəs bu iş necə olacaq? Dedi, gətirəcəyik. Sən demə, elə ona çalışırlarmış. Sonra eşitdim ki, hər gecə kəşfiyyata gedir, səhər qayıdırmış. Amma bizə bir söz də deməzdi. Biz onun hərbi hissədə Fəridlə bir yerdə olduğunu bilmirdik. Fəridin anası ilə mən əvvəllər bir yerdə işləyirdim. Mən bağçada tibb bacısı, o isə tərbiyəçi idi. Həmişə Əhməd Türkiyədən məktub göndərəndə işdə oxuyub ağlayırdım. Çünki poçt bağçaya yaxın idi. O isə mənə həmişə deyərdi ki, sizdə ürək var, uşağı Türkiyəyə hərbi təhsil almağa göndərirsiniz. Amma yazıq Nərgiz o vaxt bilməzdi ki, Fərid də hərbçi olacaq. Sonralar hər ikisi rayona gələndə də deməzdilər ki, biz bir yerdə işləyirik. Əhmədi Cəlilabadda dəfn etdik. Amma 2 ay, Fəridlə Mübarizin meyiti gətirilənə qədər onların valideynlərindən utanırdıq ki, onların balaları orada qalıb. Əhməd onlardan ayrı düşdüyünə görə bir qədər adı hallanmadı. Kömək edən insanlar sağ olsunlar ki, Əhmədin igidliyi haqqında Prezidentə müraciət etdilər. Əhməd medalla təltif olundu. Bu, bir ana kimi mənə böyük təsəllidir.
Qardaşı söyləyir ki, sonuncu görüşümüzdə mənimlə ancaq Mübariz haqqında danışdı. Dedi, az qalıb, gətirəcəyik onu... Əhməd peşəkar idi. Nə dediyini yaxşı bilirdi. Bunu əsgərlər, zabitlər də söyləyirlər.
Sona kimi Fərid Əhmədovla birlikdə düşmənə müqavimət göstərən, Mübariz İbrahimov üçün gedib dostunu da itirən Əhməd Abdullayev hərbi hissəyə qədərki uzun bir məsafəni ağır yaralı olmasına baxmayaraq, sürünə-sürünə adlaya bilib. Axırıncı sözü isə bu olub: "Heyf ki, Fəridi gətirə bilmədim..."


Ravin Həsənov, Djb.az
Hərbi jurnalist

Oxunub: 823
Oxşar xəbərlər
SON XƏBƏRLƏR