dini radikalizm və ekstremizmlə mübarizə

QIZLARINIZI ŞƏXSİYYƏT KİMİ YETİŞDİRİN


Qızlarınızı kiminsə arvadı kimi böyütməyin. Xoşbəxt bir şəxsiyyət kimi böyüdün. O şəxsiyyət ki, özü özünə yetə bilsin. Elə bir qız böyüdün ki, təhsili ağlını, ağlı dünyaya baxışını təkminləşdirsin. Ağla qaranı seçə bilsin və bunda az hallarsa yanılsın. Elə bir qız böyüdün ki, səhv etməkdən qorxmasın və hər yanıldığında yanında olub ruhunu qaraltmasına imkan verməyin. Üzü gülən qızlar böyüdün. Kədərlərinin yaratdığı dənizlərdə boğulanları yox. Elə qız böyüdün ki, ona ancaq sevdiyi və onu sevən kişiyə ehtiyac duysun. Pis kişini isə həyatındakı mane kimi görsün. Azad qızlar böyüdün. Ruhları nəfəs alsın. Sizin qəfəslərinizdən qaçıb Özbaşınalığı seçməsinlər. Oxudun qızlarınızı. Saçlarına sığal çəkin. Haram əllərdə sevgi gəzməsinlər deyə, sevgi verin. Qoruyun onları, taki özləri özlərini qoruyacaq yaşa gələnə qədər. Qoruyun, amma qorxutmayın. Alçaldıb kiçiltməyin. Ayna kimi qızlar böyüdün. Şəffaf, təmiz. Qürur duyun onlarla. Sizi gətirən də, sizdən aparan da onlar olacaq. Allah cəmi balalri saxlasin.Olmayanlara qismət eləsin.Qiz atası olmaq ən böyük sevincimdir.Nə yaxşıki varsan CANİM QUZUM.

Azər Nəsirov

Oxunub: 703
Oxşar xəbərlər
SON XƏBƏRLƏR