dini radikalizm və ekstremizmlə mübarizə

"Vəfa" sosial problemlərin həllinə dəstək ictimai birliyi yeni layihəyə imza atdı


Djb.az xəbər verir ki, Abşeron rayon icra başçının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fuad Jabrayilov, böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılov və "Vəfa" sosial problemlərin həllinə dəstək ictimai birliyin sədri Fatimə Hacıbəyli yeni layihəyə start verdi.
Lahiyyənin mahiyyəti cəmiyyətdən təcrid olunmuş yeniyetmələri topluma yenidən qazandırmaqdır.
Məlumat üçün bildirək ki, bu layihə həyata keçirtmək üçün peşəkar bir komanda təsis edilib. Layihədə həssas məqamlar var. Bu komandada tanınmış və peşəkar dəfələrlə Azərbaycan bayrağını zirvələrə ucaltmış Abşeron rayon "Qarabağ" kikboksinq idman klubunun rəhbəri dört qat dünya Avropa çempionu Xəyyam Abisov, peşəkar psixoluq "Bizim dövr "psixoloji kabinetin rəhbəri Vəfa Abbasova və peşəkar psixoluq" V "təlim mərkəzinin təsisçisi və icraçı direktoru Aytən Ələkbərova iştirak edir
Məlumat üçün bildirək ki, artıq ilk etaplar tamamlanıb. Fatimə Hacıbəyli inanır ki, yeni layihə əsasında görülən işlər öz müsbət nəticəsini göstərərək ictimaiyyətə səs salacaq və hər kəs bu haqda danışacaqdır.
PS. Uzun illərdir ki, QHT sektorunun işlərini izləyirəm.
Fatimə Hacıbəylinin rəhbərliyi ilə yüzlərlə xeyriyyə aksiyalarının keçirilməsinin şahidi olmuşam. Onun gördüyü işləri nə üçün bəyənirəm?
-Atdığı addımların hər birində qarşısına qoyduğu məqsəd açıq aydın bilinir.
İlk öncə dövlətə dəstək olmaqla yanaşı, insanların rifahının yaxşılaşdırılması üçün atdığı addımlarla bir çox QHT rəhbərlərinə örnək olur. Və bu da onun insanı xüsusiyyətlərini ortaya qoyaraq insanlar tərəfindən sevilməsinə gətirib çıxarır. Sevilən insana isə güvən artır. Güvən olan yerdə isə həmişə hörmət və məsuliyyət olur. Beləcə sevir və sevilir. Sevgisini ona ehtiyacı olanlardan əsirgəmədiyi üçü gördüyü işlər böyük rezonans qazanır.
Son zamanlar F. Hacıbəyli gənclərin, uşaqların və vətəndaşların mariflənməsi istiqamətində gördüyü işlər göz önündədir.
"Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyinin qazandığı uğurlarının silsilə şəklində davamlı olacağına inanıram.

Almaz İlahə



Oxunub: 625
Oxşar xəbərlər
SON XƏBƏRLƏR