dini radikalizm və ekstremizmlə mübarizə

Kürdəmir İcra Hakimiyyətində saxlanılan digər şəxslərin də kimliyi məlum oldu


Məlum olduğu kimi bu gün Kürdəmirdə hüquq mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı icra başçısı da daxil olmaqla bir neçə vəzifəli şəxslər də saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov ilə yanaşı digər saxlanılanların da kimliyi məlum olub.

Əməkdaşımızın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Kürdəmir şəhər İcra nümayəndəsi Salmanov İlqar Əlif oğlu, rayon məişət kombinatının müdiri Məhəmmədəli Surxayev və müavini Sadıxov Emin saxlanılıblar.

Hazırda əməliyyat davam edir.

Oxunub: 494
Oxşar xəbərlər
SON XƏBƏRLƏR