dini radikalizm və ekstremizmlə mübarizə

Parlaq və işıqlı gələcəyin yolçusu olan bir yeniyetmə: İsmayıl Xələfov


Mən xalamın nəvəsi olan balaca qəhramanımız İsmayıl haqqında danışmaq istəyirəm. O, 2009-cu ilin yanvar ayının 27-də Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq çağları mənim gözümün qarşısında keçmişdir. O, sözün həqiqi mənasında, həmişə öz ədəb-ərkanı, tərbiyəsi, savadı, istedadı və ağlı ilə həmişə öz həmyaşıdlarından seçilmiş və fərqlənmişdir. Hələ körpə yaşlarından insanların sevgisini qazanmış bu balaca oğlan bu günləri sahibləndiyi boks sənəti ilə dünya çempionatında uğurlu qələbələr qazanmağa nail olmağa hazır bir şəkildə gözləməkdədir. O, hələ ölkə daxilində keçirilən boks yarışmalarında ard-arda qalibiyyətlər əldə etmiş və qiymətli medallar almağa müvəffəq olmuşdur. İsmayıl bütün gənclərin timsalında Azərbaycanımızın bir vətənsevər simvolu, daha doğrusu, gələcəyidir! Mən bir yaxın qohumu kimi onun növbəti illərdə də parlaq qələbələr qazanacağına dərindən inanır və ümidvaram. Çünki, İsmayıl gözəl bir ailədə böyüyür, təlim-tərbiyə alır və əsil bir vətənpərvər kimi yetişdirilir. Belə bir gənc uşaqdan yalnız və yalnız uğur, şad xəbər eşidə bilərik. O, Azərbaycanın, vətənin, millətin, dövlətin başını hər bir yerdə uca etmək və bayrağımızı istənilən yerdə dalğalandırmaq gücünə malik bir oğlandır. Mən təkcə qohumu kimi yox, həm də bir insan kimi onunla səmimi qəlbdən fəxr edir, qürur duyur və sevinirəm. Bəli, vətənin, millətin və dövlətin İsmayıl kimi mərd, igid vətənsevərlərə ehtiyacı vardır. Onun daha da uca mərtəbələrdə qərar tutması üçün əlimizdən gələni etməliyik. Çünki, İsmayıl buna, həqiqətən də, layiqdir. İsmayılın uğuru təkcə onun və ailəsinin uğuru deyildir. Balaca İsmayılın qələbəsi, yüksəlişi Azərbaycanın, millətin, dövlətin qələbəsidir və bayrağımızın var oluşudur. İsmayıl kimi potensialı, bacarığı və istedadı olan gənclər vətənin bir növ sütunudur və o sütunun bünövrəsini, özülünü qorumaq da bizlərin müqəddəs borcudur. Əzizim İsmayıl! Mən səni çox istəyir, sənə bu işıqlı ömür yollarında daima sağlam həyat, parlaq günlər, tükənməz ruzi-bərəkət, xoşbəxtlik, firavanlıq; yiyələndiyi idman həyatında bol-bol uğurlar və nailiyyətlər arzulayır, sənə və ailənə Uca Allah-Təaladan(c.c) uzun ömür, can sağlığı diləyirəm, amin! Allah səni həmişə qorusun və daha da uca zirvələrə çatdırsın, amin! Sevgilərlə və sayğılarla!

Ərtoğrul Aypar

Oxunub: 743
Oxşar xəbərlər
SON XƏBƏRLƏR