dini radikalizm və ekstremizmlə mübarizə

Djb.az Cəlil Xəlilovu təbrik edir


Hər bir insanın bir ömür yolu var. Bu ömür yolunu şərəflə yaşamaq hər insana nəsib olmur.
Bəzən illərlə yol gələn ömür səhifələrini izlərsən və özünə sual verərəsən. Mən bu illəri necə yaşadım?
Nə etdim, nə itirib, nə qazandım?
Elə insan olar ki, bu sualı özünə verərkən cababı olmaz. Elə insan da olar ki, ömür tarixini vərəqlədikcə qürur duyar.
Bu gün Onun ömür yoluna biz nəzər saldıq və həqiqətəndə qürur duyacaq bir həyat salnaməsi olduğunun şahidi olduq.
Odlu- alovlu, ağrılı-acılı, sevincli- kədərli bir yol gəldi qəhrəmanımız. Bəli qəhrəman! Bizlərin arasında yaşayan qəhrəmanlarımız az deyil. Məhz bu gün belə bir qəhrəman oğulun ad günüdür.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun doğum günüdür. Vətənpərvər insan Sizi Djb.az- ın kollektivi adından səmimi qəlbdən tədbirk edir, Sizə ən gözəl nemət olan can sağlığı, uzun sağlam ömür diləyirəm. Vətənpərvər insana ən gözəl arzu Onun qələbə sevincini yaşaması olduğunu bildiyim üçün Sizə gələn ad gününüzü məhz işğaldan azad olunacaq torpaqlarda qeyd etmənizi arzulayıram.

Hörmətlə

Almaz İlahə

Oxunub: 651
Oxşar xəbərlər
SON XƏBƏRLƏR