dini radikalizm və ekstremizmlə mübarizə

Heç səndə belə olurmu?


Görəsən sizdə də belə hisslər keçirirmisiniz?...
Bəzən bir küncə cəkilərək ətrafında heç kim yoxmus kimi susqunluğa bürünmək istəyirsən.
Sussan belə həyatında olub bitəni beynində hey çalxalayırsan. Bəzən nədən, niyə, nə üçün sualları altında belə qıvrılırsan. Amma hər kəsə sən o an susqun görünürsən. Bir kimsə sənin səsini duymadığı kimi, dəniz kimi təlatümlü hisslərin gah beyninə yüklənir gah da qəlbini sıxır.
Heç səndə belə olurmu?...
Bəzən qəlbinin çırpıntılarını bölüşməyə bir dost arayırsan. Güvəndiyin dost dediyinə belə güvənmirsən. Zamanında dost dediyində yanılmağın səni bir addım irəli sürükləyən zaman beş addım geri çəkir. Yüzlərlə dost dediklərin olduğu halda bir dosta güvənmirsən.
Heç səndə belə olurmu?...
Bəzən dəlilər kimi yatağından qalxaraq otağda vargəl edirsən. O an nə istədiyi bilmədən haykıraraq küskünlüyünü, həsrəti nifrəti, qarşılaşdığın ədalətsizliyi sanki divarlara çırparaq parçalamaq istəyirsən.
Bəzən də sanki neqotiv enerjilərin təsirindən əsəbini bir kmsələrin üzərinə tökərək, sonrada uşaq kim ağlamaq istəyirsən?...
Heç səndə belə olurmu?...
Ağ vərəqlərlə qələmlə söhbətləşirsən, tökürsən misralara yanan qəlbinin pıçıltıların, sonra dilə gətirə bilmədiklərini təkrar cirib atırsan..
Heç səndə belə olurmu?...
Bəzən həsrət alovu səni bürüyəndə gecələri yata bilmədikdə başını yastığın altına salaraq ürəyinin döyüntülərini dilnləmisən, sonra heç nə duymamaq üçün nəfəsini belə içinə çəkmisənmi?... Bəzəndə telefonu əlinə alaraq tez-tez sosial media hesablarına baxıb çıxaraq telefonu kənara atmısan?
Heç səndə belə olurmu?...
Bəzən hər mövzuda danışa biləcəyin birinin həsrətini, özləmini hiss edirsən.Onsuzluğa nə alışa bilirsən nə də barışa bilirsən. Özün-özünlə mübarizə aparırsan. Qalib olanda, məğlub olan da biri var o sən olursan.
Heç səndə belə olurmu?...
Bəzən yetər bezdim hər şeydən deyərək qaçıb getmək istəyirsən. O an ürəyin sanki yerindən çıxaraq parçalanacaq. Səbirsizlik sanki insanı sarır o an qaçmaq istəyirsən, geriyə baxmadan qaçmaq. Elə qaçmaq ki, taleyindən heş nə xatırlamayasan. Nə yaxşısını nə pisini xatırlamayasan unudasan, siləsən yaddaşından olub keçəni. Nə dələtin sənə vurduğu zərbələri, nə də ki insan cilidində olub insan olmayanları. Amma qaçmaq nəyi dəyişdirəcək düşündükdə, sanki qol- qanadının sınmasını hiss esirsən.
Heç səndə belə olurmu?
Sanki dünyanın dərd yükünü çiyinlərinə alırsan o an sanki əzilib yumağa dönürsən.
Qəhərlənib ağlamaq istəyirsən və deyirsən "mən dünyanın qəm daşıyayam!"
Heç səndə belə olurmu? Bəzən bir səhər gözəl yuxuların təsiri altında gözünü yuxudan açırsan, içində bir ilıq sevinc səni sarır, arzular cücərir sanki qəlbindən yaşamaq, yaratmaq sevmək, sevilmək arzusu keçir?
Heç səndə belə olurmu?

Almaz İlahə

Oxunub: 577
Oxşar xəbərlər
SON XƏBƏRLƏR