dini radikalizm və ekstremizmlə mübarizə

Tanınmış jurnalist Mətanət Ağamirli: "48 illik ömrümün AĞDAMSIZ 27 ili... "

Hər zaman göz yaşını gizlədən biri olaraq etiraf edim ki, Ağdamsız indi daha çox ürəyim qan ağlayır. Yalnız Ağdamın işğal günü deyil, hər gün, bəlkə də hər saat Ağdamsızlıq qəlbimi, bütün varlığımı göynədir... Fərqindəyəm ki, yaşa dolduqca doğulduğum-böyüdüyüm torpağın nisgili də böyüyür. Və əminəm ki, mən tək deyiləm. Əminəm ki, yaşıdlarım da eyni hisslərlə ağrıyır-acıyır.
Valideynlərimin Ağdamda olmaq, Ağdamda ölmək, doğmalarının yanlnda dəfn olunmaq arzusunu yadıma saldıqca varımdan yox oluram. Boğuluram, qəhər boğazımda düyünlənir. Həyat gözlənilmədən bitir. İndi mən eyni arzu ilə yaşayıram. Amma doğulduğum şəhərə ancaq dünyadan köçmək üçün getmək istəmirəm, Ağdam çay evinin, Ağdam məscidinin, univermağın, oxuduğum məktəbin qarşısından gəzə-gəzə keçmək istəyirəm. Axı Ağdamda - doğulduğumuz şəhərdə, küçədə, evdə yenidən doya-doya yaşamaq hər birimizin haqqıdır!
Tanrıdan tək diləyim Ağdama bir gün belə gecikmədən, vaxtında qayıtmaq, qalan ömrümü orda yaşamaqdır! Bu günün sıyası reallığından baxsaq, bədbin deyıləm. Torpaqlarımızın nə vaxtsa işğaldan azad olunacağına əminəm. Amma o NƏ VAXTSA bu gün olsun istəyirəm! Çünki zaman bizim - həmyaşıdlarımın əleyhinə işləyir. Yumşaq desəm, bu gün 30 yaşlı həmşəhərlilərimin Ağdamı görmədiklərinə təəssüflənirəm. 30 il hardasa bir ömrün yarısıdlr! Gecikdikcə bizi daha hansı acı həqiqətlər gözləyir? Zaman bizim əleyhimizə işləyir...

Oxunub: 548
Oxşar xəbərlər
SON XƏBƏRLƏR