Bildirəcəyimiz xəbəri bir el sözü ilə başlamaq istərdik. El arasında deyirlər " Yaxşılıq edib pis olmaqdansa, etməyib pis olmaq daha yaxşıdır"
Bəlkə də deyəcəksiniz bu misalın iş adamı F. Məmmədovla nə əlaqəsi.
Söhbətin nədən ibarət olduğunu bilsəniz bizim fikrimizlə razılaşacaqsınız.
Çəkdiyim məsəl məhz elə iş adamı F. Məmmədova aiddir. Bilirsiniz ki, Fizuli Məmmədov Aprel döyüşlərinin qazilərinə, həm maddi, həm mənəvi dəstək olmağ üçün müəyyən addımlar atdı. Öz maliyyə dəstəyi ilə bizə zəfər sevincini yaşadan oğulların bir neçəsini evlə təmin etdi. Qarabağ və aprel döyüşlərində iştirak edən oğullarımızın müalicələrinin xərclərini öz öhdəsinə götürdü, kimini Azərbaycanda, kimini Tütkiyədə müalicə etdirdi. Koronavirus pandemiyası bəla olaraq ölkəmizi saranda, ilk Azərbaycanlı iş adamı olaraq Cənab prezidentə dəstəy olmaq üçün addım atdı. Çox iş insanlarına örnək oldu. O, bu addımı atmaqla Dövlətinə və dövlət başçısına öz sədaqətini və hər an millətinin xalqının yanında olacağını bildirdi. Vətənə yardımlar göndərdi Bakıda rayonlarda minlərlə insanlara yüksək şəkildə yardımlar edildi.
Beləcə etdiyi yardımın bir gün bəzi insanlar tətəfindən onun əlehinə sılaha çevirəcəklərin bilsəydi bəlkədə o insanlarla iş görməzdi. Bir misal var " insana güvən, amma o güvənin təsdiqi üçün bir daha yoxla." Bəli F. Məmmədov tərəfindən bu gün məhkəməyə verilən Z. Qəriboğlunun təşkilatçılığı ilə yardımlar etdirdikdən sonra ondan hesabat istədiyinə görə Z. Qəriboğlu üçün F. Məmmədov artıq pis adam olmuşdur. O gündən rəhbərlik etdiyi Tv də F. Məmmədovun ünvanına müxtəlif şər böhtan xarakterli çıxışlar edərək şərəf və ləyaqətinə xələl gətirmişdir.
İş adamı bu gün etdiyi yaxşılıqlar üçün bəlkə də peşmandır. Məhz bu səbəbdən yaxşılıq edib pis olmaqdansa etməyib pis olaram misalını çəkdik. F. Məmmədov kimi insanları öz mənafeyi üçün incidərək yaxşılığından uzaqlaşdırmağa imza atanlar görəsən nə qazandılar? İlk növbədə cəmiyyyətdə nüfuzdan düşdülər. F. Məmmədovun onların təşkilatçılığı ilə etdiyi yardım zamanı göyün yeddinci qatına qaldırdıqları insanı onlarla təkrar iş görmədikdə müxtəlif qarayaxmalarla çirkaba batırmaq istəmələri peşəkar jurnalist adına ləkə deyilmi? Onların bu addımları qələmlərinin və sözlərinin maddiyatla alınıb, satıldığına sübut deyilmi?
Məhz bu səbəblərdən
tanınmış iş adamı və xeyriyyəçi, Rusiya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov “Xural TV”-nin rəhbəri Əvəz Zeynalını və “Reaksiya TV”-nin rəhbəri Zaur Qəriboğlunu məhkəməyə vermişdir. Əvəz Zeynallının rəhbərik etdiyi “Xural tv”-nin 19 may 2020-ci il tarixli “Siyasət meydanı” buraxılışında partiya rəhbəri Əli Əliyevlə: “Müdafiə nazirliyini mənə versinlər, 6 aya Şuşanı qaytarım...” başlıqlı müsahibədə verilişin apaprıcısı Əvəz Zeynallı tərəfindən Füzuli Məmmədov haqında tamamilə əsassız, qərəzli və təhqirdən ibarət yalan ifadələrə yer vermiş, onu heç bir əsası olmayan “dələduzluqda” ittiham etmişdir .
Bundan başqa Zaur Qəriboğlunun rəhbərlik etdiyi “Reaksiya tv”-nin 24 may 2020-ci il tarixli buraxılışında “Müstəqil media ölümlə təhdid olunur: Zaur Qəriboğlu, indi də Əvəz Zeynallı” başlıqlı veriliş yayımlanmışdır. Zaur Qəriboğlu və Əvəz Zeynallının iştirak etdiyi verlişdə Füzuli Məmmıədovun ünvanına tamamilə əsassız, qərəzli və böhtan xarakterli fikirlər səsləndirilmiş, şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza zərər vuran, açıq-aşkar təhqir edən, şəxsiyyəti aşağılayan, böhtan xarakterli fikirlərə yer verilmişdir. Dəfələrlə adı çəkilmiş, ünvanına alçaldıcı ifadələr işlədilərək görüntüsü ekranda göstərilmiş, heç bir əsası olmayan cinayətlərdə ittiham edilmişdir. Füzuli Məmmədov vəkili vasitəsilə jurnalist Əvəz Zeynallıya və Zaur Qəriboğluna məktub ünvanlayaraq hər iki verliş zamanı haqqında deyilmiş əsassız fikirlərə görə təkzib verərək üzr istəmələrini tələb etmişdir. Lakin müraciətə heç bir cavab verilməmiş və ondan üzr istənilməmişdir. Bu səbəbdən məsələyə hüquqi qaydada məhkəməyə müraciət edilərək aydınlıq gətirilməsinə qərar verilmişdir. Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddia ərizələri Binəqədi və Qaradağ rayon Məhkəmələrinə təqdim edilmişdir.
Məhkəməyə verilmələri haqqında məlumat alan Zaur Qəriboğlu və Əvəz Zeynalı təkrar Laf.Tv-nın efirində təkrar Fizuli Məmmədovun şəxsiyyətini alçaldacaq
İfadələrdən istifadə etmişdirlər. Tv- nin canlı yayımına qoşulmaq üçün F. Məmmədovun Azərbaycandakı köməkçisi Nərminə Cəfərova zəng etmiş və etirdə işlədilən fikirlərə etirazını bildirmişdir.
Yaxın günlərdə Nərminə xanım F. Məmmədov haqqında söylənilən şər və böhtan xarakterli çıxışlara son vermək üçün Laf. Tv-nin efirinə dəvət olunmuşdur.
Djb.az
Oxunub: 952