dini radikalizm və ekstremizmlə mübarizə

Millət vəkili Aydın Hüseynov Qarabağ Qazisinin problemi ilə maraqlandı


Sosial şəbəkənin üstün cəhətləri çoxdur. Ən üstün cəhətlərindən biri isə gündəmə gətirilən problemlərin əksəriyyətinin həllidir. Bəlkə də bir çoxları buna inanmayacaq. Amma mən bir jurnalist kimi bunu faktları ilə oxucularıma çatdırıram. İlk növbədə paylaşılan hər bir məlumat istər xəbər istərsədə problem hamısı əlaqədar təşkilatların və media nümayəndələri tərəfindən gündəmdə saxlanıldıqda artıq təqsirləndirilən şəxs və yaxud qurum artıq işin ciddiyətini nəzəra alaraq problemin həll olunması üçün çalışır. Beləcə haqqsızlığa uğruyan tərəf haqqın bərpasını gördükdə təkrar şəxsi hesabında məlumat yayır. Beləcə insanların çoxu artıq dövlət qurumlarına hətta dövlət başçısına belə sosial media səifəsi ilə müraciət edirlər.
Bu günlərdə qazimiz Rəhman Əzizzadə
öz şəxsi səifəsində paylaşdığı yazı diqqətimi çəkdi. Millət vəkili tərəfindən Qazimizə göstərilən diqqət təqdirəlayiq deyilmi?
Qazi Rəhman Əzizzadə yazdığı fikirləri olduğu kimi oxucuların nəzərinə çatdırırıq.
Hörmətli Millət Vəkili Aydın Hüseynov bu gün mənimlə telefon əlaqəsi yaratdı. Söhbət zamanı, Mehriban xanım Əliyevanın verdiyi tapşırığı icra etməyən, DSMF-nin şöbə müdiri
V. Behbudovun Qarabağ əlilinə laqeydcəsinə yanaşmasının səbəblərini müzakirə etdik.
V. Behbudov bu cür əməlləri ilə ölkənin Ali Baş komandanının Qarabağ əlillərinə olan qayğısına kölgə saldığının ya fərqində deyil, yada ki o bilərəkdən ölkədə narazılıqlar yaratmaq niyyətindədir.
Hörmətli Millət Vəkili Aydın müəllim bu məsələni yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxaracağını bildirdi. İnşallah ən qısa zamanda haq-ədalət öz yerini tapacaqdır. Hər zaman çətin günlərimdə yanımda olduğu üçün Aydın müəllimə öz təşəkkürümü bildirirəm.

P.S. Son zamanlar sosial şəbəkədə çox tez-tez Aydın Hüseynovla bağlı xoş məramlı yazılarla qarşılaşıram. Həqiqətən sevindirici haldır ki, Millət vəkili narazı olan vətəndaşın onun seçicisi olduğu üçün deyil Azərbaycan vətəndaşı olaraq hər kəsin qayğısına can atır.

Oxunub: 697
Oxşar xəbərlər
SON XƏBƏRLƏR