dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Ağır atletika Federasiyasının vitse- prezidenti Azər Əliyevin doğum günüdür


04 İyun - Azərbaycanı təmsil edən sabiq ağır atlet, Azərbaycan Ağır atletika Federasiyasının vitse - prezidenti, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyevin doğum günüdür! Azər Mahmud oğlu Əliyev 04 iyun 1986 - cı ildə Bakı şəhərində anadan olub. Təhsilini Londonda almışdır
Azərbaycan Ağır Atletika Federasiyasının vitse - prezidenti olan Azər Əliyev həm də peşəkar idmançıdır. Sosial şəbəkədə mütəmadi olaraq öz videolarını paylaşan Azər qısa zamanda idman sahəsində böyük uğurlar əldə edib.
02 iyul 2011 - ci ildə Çexiyanın paytaxtı Praqada paurliftinqin WPC versiyası üzrə gənclər arasında 100 kq - da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gəlib və 5 - ci yeri tutub.
23 noyabr 2011 - ci ildə Latviyanın paytaxtı Riqada paurliftinqin WPC versiyası üzrə dünya çempionatında yarışan idmançımız fəxri kürsüyə yaxın olub. Azər Əliyev 100 kq - da ləvazimatsız 610 kq qaldıraraq 4 - cü yeri qazanıb.
2014 - cü ildə isə Azər Əliyev Açıq Avrasiya Kuboku yarışında 250 kq - lıq nəticə ilə gümüş medala sahib olmuşdur.
2016 - cı ildən Azərbaycan Ağır atletika Federasiyasının vitse - prezidentidir.
Ulu Öndər Heydər Əliyevin nəvəsidir, Sevil Əliyevanın oğludur. Azərbaycan Xarici İşlər nazirinin müavini Mahmud Məmməd - Quliyevin oğludur.

Oxunub: 1 076
Oxşar xəbərlər
SON XƏBƏRLƏR