dini radikalizm və ekstremizmlə mübarizə

Söz vətəndirsə istənilən bir üsulla onu qorumağa hazır olmalıyıq


Orta məktəblərdə Çağrışaqədərki hazırlıq fənnini gənclərin vətənpərvər böyüməsi üçün böyük əhəmiyyəti vardır. Unutmaq lazım deyilki vətənimizin 20 % -i düşmən tapdağı altındadır. Sosial şəbəkədə düşmən tərəfində apardığım manitorinq zamanı şahid oldum ki, ermənilər Azərbaycanı son qarışına kimi işğal etmək istəyir bu onların böyük arzularından biridir. Nəyin bahasına olursa olsun Azərbaycanı yox edək yazıları ilə qarşılaşdım. Mən hər kəsdən xahiş edirəm vətənimizin ərazi bütövlüyü uğrunda candan belə keçməyə hazır olaq. İnanınki bunada şübhəm yoxdur. Sizlər bir döyüşçü, vətəni uğrunda ölümün gözünə dik baxanlarsız.Heç bir zaman vətən sevginizi öldürməyin bu itki gələcəkdə gənclərimizin həyatında böyük əngələr yaradacaq . Hərbi müəllimlərdən xahiş edirəm gənclərimizin vətənpərvər böyüməsində əllərindən gələni etsinlər istənilən çətinliyə baxmayaraq. Düzdür deyə bilərsiz sizi məktəblərdə silahla təmin etməyiblər onuda deyimki mənimdə silahım yoxdur.Amma 8,9,10,11 ci sinif şagirdləri silahı natamam söküb yığır.Sual yaranarki bunu necə etmişəm yaxınlıqda olan hərbi hissələrə gedərək. Söz vətəndirsə istənilən bir üsulla onu qorumağa hazır olmalıyıq rəhbərlərimizdən bu sahəyə diqqət ayırmaqların xahiş edirəm. Bizlərin hər biri güclü Azərbaycan naminə birlik olmalı və dövlət başçısına dəstəy olmalıyıq.

Namiq Məmmədov

Oxunub: 476
Oxşar xəbərlər
SON XƏBƏRLƏR