dini radikalizm və ekstremizmlə mübarizə

“Müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir” Derya Akdemir

“Müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir” Derya Akdemir
"Azərbaycanın qazandığı nailiyyətləri, əldə etdiyi nəhəng uğurları təməlində məhz Heydər Əliyev faktoru, bu faktorda əks olunan tarixi reallıqlar dayanır".

Bu sözləri SİA-ya qardaş Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən sənətçi, araşdırmaçı – yazar, "ANKA" mədəniyyət dərnəyinin rəhbəri Derya Akdemir deyib. Türkiyəli sənətçi bildirib ki, illər ötdükcə qardaş ölkə Azərbaycan dövlətçilik baxımından daha da güclənir və sabaha inamla baxır: "Azərbaycanda hökm sürən daxili ictimai-siyasi sabitlik, həmrəylik, sosial-iqtisadi, mədəni – humanitar inkişaf ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxarır. İstənilən bir sahədə qazanılan nailiyyət Azərbaycanın Heydər Əliyev irsinə sahib çıxması, onun yolundan getməsinin bariz sübutudur".

Akdemirin sözlərinə görə, Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlər 10 mayda doğum gününü qeyd etdiyimiz Türk dünyasının siyasi dühalarından olan Heydər Əliyevin adı ilə sıx surətdə bağlıdır: "1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı başına gələ biləcək yeni fəlakətlərdən, parçalanmalardan, xaos və anarxiyadan xilas edib. Bu gün bütün dünya türkləri, o cümlədən qardaş Türkiyədə yaşayan bizlər də bilirik və bununla qürur duyuruq ki, bugünkü Azərbaycanın qurucusu Heydər Əliyevdir. Azərbaycan onun şah əsəridir. O, özünün şah əsərinin altına imzasını elə atıb ki, günü gündən inkişaf edən ölkənin hər atdığı addımda bu açıq aşkar görünür. Heydər Əliyevin bir tarixi kəlamı var: "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir". O, öz ömrünün son 10 ilini müstəqil Azərbaycanın yaranmasına, qorunmasına və inkişafına həsr edib. Məhz əməlləri ilə sübut edib ki, ölkənin müstəqilliyi, ərazi bütövlüyü əbədidir, dönməzdir. İllər keçdikcə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və ölkənin I vitse prezidenti Mehriban xanım Əliyevanın şəxsində Heydər Əliyevin bütün dünya Türklərinə miras qoyub getdiyi daxili və xarici siyasətin parlaq qələbələrini gördükcə, onun həyata keçirmək istədiklərini həyata keçməyə başladığını görüb fərəhlənirik və dahi lider Heydər Əliyevi minnətdarlıq hissi ilə yad edirik. Nə yaxşı ki, müstəqil Azərbaycan onun əsəridir".

Oxunub: 422
Oxşar xəbərlər
SON XƏBƏRLƏR