dini radikalizm və ekstremizmlə mübarizə

Qobustan Mərkəzi Xəstəxanasında Baş Həkimin Rüşvət Almasına Dair İddia-Video


Hüseyinin qanunazidd əməlləri barəsində məlumat vermişik. Xəbər verdiyimiz kimi, Xeberekspress.az-ın redaksiasına şikayətçilər tərəfindən müxtəlif şikayətlər, məlumatlar daxil olur. Lakin ölkədə elan olunan karantin rejiminin qaydalarının yaratdığı məhtudiyyətlər səbəbi ilə hər şikayətçi ilə görüşərək müsahibə almaq imkanımız yoxdur. Ancaq hər fürsətdə məhdud imkanlar daxilində əldə etdiyimiz məlumatları və aldığımız müsahibələri sizlərə təqdim etməyə çalışırıq. Öncədən bildirək ki, Xeberekspress.az-ın rəhbəri Ruhiyyə Eldar qızı Qobustan rayonu deputatı Şahin Seyidzadə ilə telofon əlaqəsi quraraq məsələ ilə bağlı məlumat alıb.Şahin Seyidzadə isə məsələdən xəbərdar olduqlarını və artıq araşdırmaların aparıldığını bildirib. Xeberekspress.az və Doğruxeber.az-ın əldə etdiyi məlumatlarda, sözügedən xəstəxananın baş həkimi Emin Hüseynin rüşvət aldığına dair iddialar öz əksini tapır. Şikayətçilərdən ikinci qrup əlil olan Şıxıyev Süleyman Aslan oğlu və 17 il xəstəxanada Terapiya şöbəsinin müdiri vəzifəsində çalışmış Absəmədov Əlipaşa Nəzər oğlu xəstəxananın baş həkimi Emin Hüseyin müxtəlif məbləğlərdə rüşvət aldığını, işçiləri işdən uzaqlaşaraq əvəzlərinə isə pul alaraq işə qəbul etdiyi şəxsləri təyin etdiklərini bildiriblər. Şikayətçilərdən ikinci qrup əlil olan Şıxıyev Süleyman Aslan oğlu və ötən xəbərlərdə haqqında məlumat verdiyimiz, baş həkim Emin Hüseyn tərəfindən şikayətçi olduğu üçün elə baş həkimin özü tərəfindən işdən uzaqlaşdırılan Vahidova Xatirə Miyandaş qızının 90 yaşlı anası ölkə Prezidenti Cənab İlham Əliyevə müraciət ünvanlayıb, bu işi nəzarətə götürmələrini xahiş ediblər. Xeberekspress.az-ın əldə etdiyi məlumatlara görə, bu gün Qobustan Rayonu Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseyin tərəfindən xəstəxanada toplantı keçirilmiş,və bu günə kimi maaşları mənimsənilmiş şəxslərə bütün maaşlarının ödəniləcəyi vədi verilib. Təbii ki, atılan bu addımlar bütün qanunsuz əməllərin gizlədilməsi xarakteri daşıyır. Aparılan araşdırmaların bütün qanunsuzluqları qısa zaman üzə çıxaracağına və məsələnin qanun çərçivəsində öz həllini tapacağına inanırıq.
//Xeberekspress.az

Oxunub: 509
Oxşar xəbərlər
SON XƏBƏRLƏR