Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən və dünyanın ən hündür binası hesab olunan “Bürc-Xəlifə” qülləsində 28 May - Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri əks olunub.
Bayrağımızın bu məşhur qüllənin üzərində əks olunması ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi və Dubaydakı Baş konsulluğunun təşəbbüsü ilə reallaşıb. //Apa.az
Oxunub: 427