dini radikalizm və ekstremizmlə mübarizə

28 il Laçınsız


28 il bir igidin ömrüdür. Bakıda dünyaya göz açan Laçınlının artıq 28 yaşı oldu. Bir dəfə belə Laçını görmədi buz bulaqlarından su içmə. 28 ildir ki, dilimiz Xocalı, Şuşa, Laçın ... deməkdən qabar olub. 28-ildə nə qədər bacı qardaşımız işğal altında olan torpaqlara həsrət qalaraq dünyasın dəyişdi? Nə qədər Laçınlının son nəfəsində ağzından çıxan son söz Laçınım oldu?
Nə qədər insan övladlarına məni vətənimə, torpağıma aparın, orda dəfn edin deyərək gözləri açıq bu dünyadan gedən oldu. Bu acınacaqlı bir haldır ki, Azərbaycan xalqı öz dədə-baba torpaqlarına sahiblik edə bilmir. Kimdir günahkar?
Mən, 1988-cu ildən bu günə kimi baş verən hadisələri analiz edərkən yeganə günahkar özümüzü görürəm. Bir xalq olaraq çox humanistlik etdik, bu da sonu. Həqiqətən də işğal edilən ərazilər və onların sakinləri çirkin oyunların qurbanlarına çevrildilər.
İndi 2020-ci il mayın 18-dir. Artıq nə Azərbaycan Respublikası, nə də onun Silahlı Qüvvələri 28 il əvvəlki deyil. Rus imperiyasının əsarətindən yeni müstəqillik qazanmış bir dövlət üçün o zamanlar çətinliklər çox idi. Amma indi

Azərbaycan Ordusunun büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən ən azı 3 dəfə çoxdur.
Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında II Qarabağ savaşının başlanmasına çox az qalıb.
Biz, sənə inanınırıq Ali Baş Komandan, biz sənə inanırıq Azərbaycan əsgəri!
Bilirik ki, Aprel döyüşlərində bizlərə yaşatdığınız zəfəri təkrar xalqımıza,millətimizə yaşatmağa qadirsiniz. Əmr ver Ali Baş komandan qoy şəhidlərimizin ruhları şad olsun.

Oxunub: 539
Oxşar xəbərlər
SON XƏBƏRLƏR