Hazırkı dövrədək Azərbaycanda 3274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edib, 1220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 232.077 test aparılıb.
Oxunub: 496