Kamil Zeynallı xüsusi karantin rejimini pozduğuna görə Nərimanov rayon məhkəməsinin hökmü ilə 10 sutka həbs cəzası alıb.
İdmançının dostu Rövşən Tağıyev Kamilin məhkəmədən sonra qızı ilə danışdığını deyib.
O sosial şəbəkədə belə yazıb:
“Bu sözlər, mənə bu gün, çox pis təsir elədi. Kamil,Məhkəmədən sonra övladı ilə telfonda danışdı : “Qızım ata 10 günlük Türkiyəyə gedir, oradakı kasıblara ərzaq paylamağa, nigaran qalma ata səni çox istəyir, telefonum işləsə sənə tez-tez zəng vuracam”.
Qeyd edək ki, Kamil Zeynallı karantin dövründə kasıb ailələrə etdiyi yardımları ilə bir çox sosial media istifadəçilərinin rəğbətini qazanmışdı. //Konkret.az
Oxunub: 553