dini radikalizm və ekstremizmlə mübarizə

Həftənin birinci günü üçün HAVA PROQNOZU


Aprelin 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən APA -ya verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq.

Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 18-23° isti, Bakıda gecə 10-12° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Oxunub: 399
Oxşar xəbərlər
SON XƏBƏRLƏR