Dövlət İmtahan Mərkəzi (DİM) psixologiya elmi tarixinin ən məşhur eksperimentlərindən biri – Piqmalion effektinə barabər olan video hazırlayıb.
Lent.az -a DİM-dən verilən məlumata görə, bizim bir-birimizə münasibətimiz, hərəkətlərimiz, baxışımız, danışıq tərzimiz böyük əhəmiyyətə malikdir. Piqmalion effekti bir insanın xoş münasibətinin başqa bir insana təsirini ifadə edir.
Təcrübə aydın şəkildə göstərir ki, müəllimlərin, valideynlərin və digər nüfuzlu şəxslərin davranışları yeniyetmələrə, xüsusən azyaşlı uşaqlara ciddi təsir edir.
Uşaqlarda ətrafdakıların onlara qarşı münasibətləri əsasında özləri və qabiliyyətləri haqqında inam formalaşır və onlar nəyə qadir olub-olmadıqları haqqında qərar verirlər. Hər kəsin həyatda start vəziyyəti fərqli ola bilər. Lakin hər bir insan müvafiq emosional və intellektual dəstəyi alarsa, özündə istənilən qabiliyyəti formalaşdıra bilər.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin “Fərdi inkişafa dəstək” layihəsi” çərçivəsində abituriyentlər, onların valideynləri, o cümlədən vətəndaşlar üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilir.
DİM-in “Facebook” və “YouTube” kanallarında, eləcə də layihənin “Pozitiv zəka” səhifəsində müxtəlif mövzulara – öyrənmə motivasiyası və modelləri, şəxsi inkişaf, inam, vərdiş, stress və onun idarə olunması, imtahanlara hazırlıq və digər məsələlərə aid videoçarxlara baxmaq olar.
Oxunub: 629