dini radikalizm və ekstremizmlə mübarizə

Həmkarlarımı Kamil Zeynallıya dəstəy olmağa çağırıram


Kamil Zeynallıya cavab verən Pirallahı İcra hakimiyyətinin cavabını tez xəbər portallarında dərc edən həmkarlarıma üz tutaraq demək iatəyirəm.
Kamili Zeynallının gördüyü bu işlərə dəyər verərək hansınız onun paylaşımını paylayaraq insanlara çağırış etdiniz ki, belə gözəl əməllərə qoşulsunlar?
Hansınız xəbərlərinizdə onun gündəlik atdığı addımları işıqlandırdınız?
Amma bir şans kimi icra hakimiyyətinin cavab yazısını olduğu kimi dərc etdiniz. Olsun, xəbər kimi işıqlandırmaq haqqınızdır. Ancaq o yazının sonunda biriniz P.S verərək öz fikirlərinizi bildirmədiniz?
Niyə qələminiz iki misra yazmadı? Nədən haqqsızlığa susursunuz?
Kamil Zeynallı heç bir insanı təqqir etmir sadəcə tənqid edir, elə deyilmi ?
Kamil Zeynallı icra başçılarına Cənab prezidentə dəstəy olmağa səsləyir. Vəzifələrindən suiistifadə etməmələrinə çağırış edir. Əlbətdə İcra başçılarına Kamil kimi oğulların yardım edərək çəkiliş etməsi sərf etmir. Axı ərazilərindəki çatışmamazlıq fakt olaraq ortaya çıxır.
Əlbətdə o durum ortaya çıxdıqdan sonra, yardım üçün ağız açan xanım dərhal icra başçısı tərəfindən çağırılaraq hədə qorxu gəlinəcək.
Amma artıq icra başçısı bilməlidir ki, "ox yaydan çıxıb." Kimisə hədələməklə heç nə əldə edə bilməz. Bacarsın buraxdığı səfhləri düzəltsin.
Kamil Zeynallı haqqlıdır. O, atdığı addımlarla eynizamanda cənab prezidentə icra başçılarının sədaqətsizliyini göstərir. Cənab prezident İlham Əliyev onları xalqa xidmət etmək üçün vəzifəyə təyin edib. Bəzi icra başçıları isə onlara verilən səlahiyyətlərdən özləri üçün bəhrələnirlər.

Almaz İlahə

Oxunub: 551
Oxşar xəbərlər
SON XƏBƏRLƏR