dini radikalizm və ekstremizmlə mübarizə

Qan vermə aksiyası


Yaşamaq yaşatmaq qədər gözəldir
Adil Əliyev

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Vitse spiker Adil Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə “Yaşamaq yaşatmaq qədər gözəldir” adı altında qanvermə aksiyası uğurla həyata keçirildi .
Vitse Spikerin təsəbbüsü ilə şəhid anaları tərəfindən evlərdə tikilmiş maskalar və əlcəklər insanlara paylandı Tanınmış idmançıların , Nərimanov rayon sakinlərinin, könüllü donorların iştirakı ilə növbə ilə ara məsafə saxlanılmaqla könüllü olaraq donorlar qan verməyə başladılar.
Onu da qeyd edim ki , millət vəkili Adil Əliyev bir gün əvvəl sosial şəbəkədə xalqa müraçiət edərək demişdi :"
- Hörmətli həmkarlar, daha bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm ki, Milli Məclisin Gənclər və İdman Komitəsi qan vermə aksiyası təşkil edir. Belə ki, koronavirus pandemiyasının yaratdığı fəsadlardan biri də donorların sayında azalmaların olmasıdır. Təəssüflə bildirmək istəyirik ki, bütün qan qruplarına olan ehtiyac artmaqdadır.
Bu günlərdə hər birimizin borcu dövlətimizin yanında olmaq və köməkliyimizi əsirgəməməkdir. Aparılan xeyirxah tədbirlərin davamı olaraq, özünü sağlam hiss edən, səhhəti qan verməyə imkan verən hər bir kəsdən Mərkəzi Qan Bankına (Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay 87) yaxınlaşaraq qan verməsini xahiş edirik. Toplanmış qanlar qarşılıqsız olaraq irsi qan xəstələrinə və talassemiyalı vətəndaşlarımıza veriləcəkdir.
Mərkəzi Qan Bankında donorların təhlükəsiz formada qan verməsini təmin etmək məqsədilə girişdə bədən hərarətinin yoxlanılması üçün termal kamera yerləşdirilmiş və donorlar bütün gigiyenik vasitələr ilə təchiz edildikdən sonra minimum təmas səviyyəsində qan verməkdədirlər. "
Qeyd edim ki, Mərkəzi Qan Bankında qan verən donorlara qan vermə barədə arayışlar təqdim edilir və 200 dən çox könüllü donor olan idmançılar, Nərimanov rayonunun seçiciləri buraya toplaşmısdı . Nərimanov rayonundan seçilmiş millət vəkilimiz Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Adil Əliyev hər il olduğu kimi bu il də Qan vermə aksiyasıni təşkil edərək birinci olaraq qan verdi.
200 dən çox donor qan vermə aksiyasında iştirak edərək qan verdilər.
Adil Əliyevin bu xeyirxah təşəbbüsünə elə həmin gündə ilk dəfə qoşulan həmkarlarından biri millət vəkili Qənirə xanım Paşayeva oldu.
Tanınmiş vəkil Aslan İsmayılov da Adil Əliyevin nəcib təşəbbüsünə qoşularaq həmrəy oldugunu bildirdi və qan verərək millət vəkilinin bu xeyirxah islərinə görə ona dərin təşəkkür etdi .
Məsuliyyətli həkimlərimizin və tibb işçilərinin , könüllü gənclərin və Qəhrəman Donor Təşkilatının iştirakı ilə qan vermə aksiyası uğurla başa çatdı .
Azərbaycanın Birinci Vitse- Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunda da qan vermə aksiyasıl yüksək səviyyədə təşkil olunaraq uğurla həyata keçirilmişdir. Belə nəcib, hümanist addımlar nə qədər ailələrin sevincinə səbəb olur .Çoxsaylı tədqiqatlarla sübut olunub ki, 400-450 ml və ya 500ml plazma vermək sağlam insanın səhhətinə və əmək qabiliyyətinə mənfi təsir etmir. Əksinə, müntəzəm qanvermə qanda şəkərin , zərərli lipoproteinin , qan təzyiqinin, ürək döyüntüsünün azalmasına kömək edir, ürək xəstəlikləri riskini azaldır.
Yadda saxlamaq lazımdır ki, Qanvermədən sonra bir qədər istirahət etmək, çay içmək və günün sonuna qədər fiziki gərginlikdən çəkinmək lazımdır.
Qan verməklə insan başqalarının həyatını xilas etməklə yanaşı , öz səhhətinə də töhfə vermiş olur. Bu onun mənəviyyatını daha yüksək pilləyə qaldırır. Sən öz qanını verməklə, tanımadığın insanların həyatını xilas edə bilərsən . Bu,doğma və yaxınlarının həyatı , hətta öz həyatın da ola bilər.
İnsanlar paylaşmağı bacarmalıdırlar, istər maddi cəhətdən, istərsə də mənəvi cəhətdən.
Dünyanı bürüyən korono virusun tüğyan etdiyi bir dövrdə həyatlarını riskə ataraq, ehtiyyacı olanlara, qan azlığından əziyyət çəkən talassemiyalı xəstələrə qan verərək onlara həyat bəxş edən və təmənnasız yardım edən donorlara, başda millət vəkilimiz Adil Əliyev olmaqla sağ ol deyib, hər kəsə can sağlığı arzulayırıq .
Allah xalqımızı, dövlətimizi qorusun.

Rauf İlyasoğlu,
Nərimanov rayon sakini,
İkinci qrup əlil, şair- publisist .






Oxunub: 647
Oxşar xəbərlər
SON XƏBƏRLƏR