İcra başçısı xidməti maşını ilə əhaliyə belə çağırış etdi - Video
Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev xidməti avtomobilindən rayon sakinlərinə müraciət edib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, Z.Əliyev rayonun bir neçə küçəsində xidməti avtomobili ilə hərəkət edərək səsgücləndirici vasitəsilə rayon sakinlərinə səslənib. O, insanları koronavirusdan qorunmaq üçün evdə qalmağa çağırıb.
Oxunub: 483