dini radikalizm və ekstremizmlə mübarizə

İCRA BAŞÇISI QURBANLAR KƏSDİRDİ


Dünən Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Horavar və Yolocaq İnzibati Ərazi Dairələrində dünyamızın əmin - amanlığı, dövlət və dövlətçiliyimizin qorunmasından ötrü, eləcə də məlum Koronavirus pandemiyasından dövlətimizin minimum səviyyə ilə tezliklə qurtarmasından ötrü qurbanlar kəsilmişdir. Millətim həqiqətən dünyanın ən humanist millətidir. Belə ki, duasının başlanğıcı "Allah dünyamızı qorusun"la başlayır.
Qurbanlarınız qəbul, dualarınız müstəcəb olsun əzizlərim! Dünyamız, millətimiz, xalqımız üçün Allah adına kəsilən qurbanlarımızı Uca Yaradan qəbul eləsin. Tanrı dərgahına açılan əllərimiz naümid olmasın , edilən dualarımız müstəcəb olsun inşallah!
Tanrı dövlətimizdən və xalqımızdan tezliklə bu bəlanı uzaq etsin!
Amin!.
P.S.Aldığımız məlumat bizi çox sevindirdi. Bu kimi addımların atılması həm dini, həm insanlara yardım etmək nöqteyi nəzəriylə çox yüksək bir haldır. Allah qəbul etsin.
İnanıram ki bu addımlar geniş vüsat alaraq bütün icra başçıları tərəfindən həyata keçiriləcəkdir.

Oxunub: 453
Oxşar xəbərlər
SON XƏBƏRLƏR