dini radikalizm və ekstremizmlə mübarizə

Həlak olan əsgərin nəşi Bərdəyə gətirilib

Həlak olan əsgərin nəşi Bərdəyə gətirilib

Dövlət Sərhəd Xidmətinin (DSX) həlak olan 19 yaşlı əsgəri Eltun Elman oğlu Qarayevin nəşi bu gün doğulduğu Bərdə rayonunun Qazqurdalı kəndinə gətirilib.

Onun meyiti ailəsinə təhvil verilib. Əsgər bu gün Bərdə rayonundakı Şəhidlər xiyabanında dəfn ediləcək. Hazırda Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və hüquq-mühafizə orqanlarının əməkdaşları şəhidin yaşadığı evdədirlər.

Bu barədə "Report"un Qarabağ Mərkəzinə Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, əsgərin nəşi martın 7-də doğulduğu Bərdə rayonunun Qazqurdalı kəndinə gətirilərək ailəsinə təhvil veriləcək: "Eltun Qarayev Şəhidlər xiyabanında dəfn ediləcək. Bununla bağlı hazırlıq işləri görülür. Yas mərasimin təşkil etmək üçün mağar qurulub".

Qeyd edək ki, E.Qarayev 2001-ci il martın 14-də Bərdə rayonunun Qazqurdalı kəndində anadan olub. O, 2019-ci ilin aprel ayında hərbi xidmətə yola salınıb.

Oxunub: 477
Oxşar xəbərlər
SON XƏBƏRLƏR