dini radikalizm və ekstremizmlə mübarizə

Vilayət Eyvazov keçmiş rəisə yeni vəzifə verdi

Vilayət Eyvazov keçmiş rəisə yeni vəzifə verdi

Azərbaycanın Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Məlumata görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Eldar Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-nəqliyyat hadisələri üzrə inspektoru vəzifəsinə təyin edilib.

O, bundan əvvəl Sumqayıt Şəhər Polisi İdarəsinin Dövlət Yol Polisi şöbəsinin yol-nəqliyyat hadisələri üzrə inspektoru vəzifəsində çalışıb.

E. Həsənov daha əvvəl Şəmkir rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi olub. 2019-cu ildə Sumqayıta təyin edilib. /oxu.az

Oxunub: 454
Oxşar xəbərlər
SON XƏBƏRLƏR