dini radikalizm və ekstremizmlə mübarizə

“Sosial şəbəkələrdən düzgün istifadə qaydaları” adlı layihənin sonuncu tədbiri keçirildi


Biləsuvar Peşə liseyində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə “Sosial şəbəkələrdən düzgün istifadə qaydaları” layihəsinin sonuncu təlimi baş tutdu. Əvvəlcə layihə rəhbəri Şahruz Məmizadə layihə barədə gənclərə ətraflı məlumat verdi. Bildirdi ki, layihə gənclərin sosial şəbəkələrdən düzgün istifadə qaydaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin həyata keçirilməsindən ibarətdir. Layihə rəhbəri həmçinin qeyd etdi ki, artıq iki tədbirimiz uğurla yekunlaşmışdır. Gənclərimiz sosial şəbəkələrdən düzgün istifadə qaydaları ilə bağlı təlimlərdə fəal iştirak edirlər. Daha sonra Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səbinə Hüseynzadə çıxış edərək layihədə iştirak edən gənclərə uğurlar arzuladı. Sonra təlimçi Elnur Hüseynli gənclərə sosial şəbəkələrdən düzgün, məqsədyönlü və təhlükəsiz istifadənin əhəmiyyəti, eyni zamanda Azərbaycan həqiqətlərini, Azərbaycanın uğurlarını dünya ictimaiyyətinə çatdırmaq üçün həştəqlərdən kütləvi istifadənin əhəmiyyəti, internetdəki imkanlardan istifadə edərək düzgün maariflənmək, məlumatlılığı artırmaq barədə geniş söhbət açdı. Təlim gənclərin iştirakı ilə praktiki məşğələlərlə davam etdirildi. Sonda təlimdə fəal iştirak edən gənclərə sertifikat və qiymətli hədiyyələr təqdim olundu.
#AzGF #GenclerFondu #13qrant


Oxunub: 507
Oxşar xəbərlər
SON XƏBƏRLƏR