dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Respublikası Milli Məclisinə Deputatlığa namizəd Rzayev Rəşad Rafiq oğlu


Rzayev Rəşad Rafiq oğlu 1983-cü ildə Bakı şəhər M.Ə. Rəsulzadə qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini 99 saylı orta məktəbdə, ali təhsilini isə Bakı Slavyan Universitetində almışdır. Türkiyə Cumhuriyyətinin İstanbul Aydın Universitetində magistr pilləsi üzrə Beynəlxalq əlaqələr və Terrorizmin tədqiqi fakültəsini bitirmişdir.

2007-ci ildən ictimai fəaliyyətlə məşğul olmağa başlamış, müxtəlif qəzet, jurnal və televiziyalarla əməkdaşlıq etmişdir. 2010-cu ildə Azərbaycan dövlətçiliyini təbliğ edən “Rəmz” jurnalını təsis etmiş və baş redaktoru olmuşdur.

2015-ci ildən Türkiyə Cumhuriyyətində Azərbaycan diasporasının formalaşmasında yaxından iştirak etmiş, erməni terrorizminin ifşası istiqamətində mühüm işlər görmüşdür. Yüzlərlə tədbirin, konfransın təşkilatçısı və milli dəyərləri təbliğ edən çoxsaylı layihələrin müəllifi olmuşdur.

2017-ci ildən Azərbaycan Gənclərinin İstanbul Hərəkatının (AGİH) lideridir.

Oxunub: 1 207
Oxşar xəbərlər
SON XƏBƏRLƏR