dini radikalizm və ekstremizmlə mübarizə

QƏHRƏMANIN AXTARIŞINDA...


Fizuli Məmmədovun dəvəti ilə İtaliyadayam. Hər zaman olduğu kimi milli mövzuları müzakirə edirdik. Böyük Vətən Müharibəsində Azərbaycanlıların rolu haqda danışarkən İtaliya və Sloveniya ərazisində vuruşmuş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəni xatırladıq. İş qrafikimizdə vaxt qıtlığı, ünvanımızla gedəcəyimiz arasında çox uzun məsafə, ünvanın qeyri müəyyənliyi vətənpərvərlik hisslərimizin fonunda çox cılız idi.. Hərçənd bu maneələri əsas gətirən fürsətcillərimiz də çoxdur.. Amma Fizuli Məmmədovun təəbbüsü ilə yola çıxdıq, - mən, - Rusiya azərbaycanlıları İttifaqının mətbuat katıbi, Anar Həsənov, Rusiya azərbaycanlıları İttifaqı prezidentinin müşaviri, Konstantin Tarasov və Təşkilatın prezidenti Fizuli Məmmədov. Az əvvəl sadaladığım maneələrdən başqa qarşıda problemlər də oldu, heykəlin ünvanı haqda məlumat dəqiq çıxmadı, yerli sakinlər də fərqli ünvanlara istiqamətləndirdilər. Və bu minvalla neçə ünvana yol qət etdik və nəhayət tapdıq...
Sloveniya, Maribor şəhəri, 19 yanvardan 20 nə keçən gecə, saat 3 radələri..avtomobilin işıqları ilə Mixaylo, - Mehdi Hüseynzadənin abidəsini işıqlandıraraq qızıl gülləri onun önünə düzdük. Heykəlin ayaq hissəsində "Mehdi - Azərbaycanın dahi oğlu" cümləsi necə də qürurvericidir. Bu dəqiqələri xalqımızın müqavimət günü - 20 yanvar gecəsi yaşamaq ikiqat qürurverici idi.
Biz, Bertold Brextin məşhur kəlamda dediyi Qəhrəman axtarışında olan millətin Qəhrəmanlarının olduğunu bir daha nəzərə çatdırmaq üçün bu yolu qət elədik.
Sənin qəhrəman oğulların çoxdur, Azərbaycan!
Bizim yolumuzda, addımımızda qeyri adilik görən,- dayan, beynini alt-üst etmə! Biz vətənpərvərik!!!

P.S. Ağlamayacaqsan, istehza etməyəcəksən, nifrət etməyəksən, yalnız anlayacaqan!!! Spinoza

Sloveniya, Maribor... Uzaq sahillərdə.20.01.2020.

Oxunub: 556
Oxşar xəbərlər
SON XƏBƏRLƏR