dini radikalizm və ekstremizmlə mübarizə

DEPUTATLIĞA NAMİZƏD MURAD FƏRZƏLİYEV SEÇİCİLƏRLƏ BƏRABƏR İMİŞLİDƏKİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETDİ


79 saylı İmişli seçki dairəsi üzrə deputatlığa namizəd Murad Fərzəliyevin 20 Yanvar şəhidlərinin xatirə günü ilə əlaqədar olaraq, seçki qərargahının üzvləri və çoxsaylı seçiciləri ilə birlikdə İmişlidəki Şəhidlər Xiyabanını ziyarət edib. Onların şəhərin mərkəzindəki seçki qərargahından Şəhidlər Xiyabanına qədər olan məsafəni piyada gediblər. Yol boyu onlara çoxsaylı seçicilər də qoşulub. Ziyarətçilər şəhidlərin məzarı üstünə qərənfillər düzərək müstəqilliyimiz və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizə rəhmət diləmişlər. Ziyarətdən sonra deputatlığa namizəd Murad Fərzəliyev çıxış edərək xalqımızın qəhrəmanlıqlarla zəngin olan tarixində şəhidlərimizin xüsusi yeri olduğunu, Vətənimizin müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xalqımızın qəlbində əbədi yaşayacaqlarını bildirib.

Oxunub: 526
Oxşar xəbərlər
SON XƏBƏRLƏR