dini radikalizm və ekstremizmlə mübarizə

İqbal Məmmədov gənclərin gözü ilə + MÜSAHİBƏ


Bu günki müsahibimiz Respublika üzrə 13000 şairdən Lerik rayonunu təmsil edib birinciliyi qazanmış, "İlin ən yaxşı şairi" mükafatının sahibi, "Bir Misralıq Xatirə" adlı şeir kitabının müəllifi, Lerikin aktiv gənclərindən biri, gənc şair Elcan Məmiyevdir.
Elcan Məmiyevlə olan müsahibəni olduğu kimi sizlərə təqdim edirik:

▪Salam Elcan. Əgər sənin 18 yaşın tamam olsaydı və səs vermək hüququn olsaydı 9 fevral "Növbədənkənar Parlament Seçkiləri" ndə kimə səs verərdin?
▫ Salam, hər vaxtınız xeyir olsun. Əgər mənim səs vermək hüququm olsaydı təbii ki, düşünmədən İqbal Məmmədovu seçərdim.
▪Niyə məhz İqbal Məmmədov?
▫Çünki İqbal müəllim daim Lerik gənclərinə dəstək olmuş, gənclərin irəli addımlaması üçün əlindən gələni əsirgəməmişdir. Şəxsən mən əlimə qələm götürüb poeziyaya başladığım gündən İqbal müəllim mənə dəstək olmuşdur. İqbal müəllimin dəstəyi sayəsində zaman-zaman irəliyə addımlar atdım. Lerik rayon ümumrayon tədbirlərində iştirak etməyə başladım. Bir müddət sonra isə ilk kitabım işıq üzü gördü. Qeyd edim ki, mən tək deyiləm. Mənim simamda olan bütün gənclərə İqbal Məmmədov daim dəstək olmuşdur.
▪Bundan əlavə İqbal müəllimin daha hansı fəaliyyətləri ilə tanışsan?
▫Babam Məmiyev Məjüəli və əmim Məmiyev Təzəxan İqbal müəllimin xeyirxah işləri haqqında mənə çox danışmışdır. Buna nümunə olaraq söyləyə bilərəm ki, İqbal Məmmədovun xırda biznesi var ikən hər il Qurban bayramında Rayon Məscidinin və anadan olduğu evin qabağında 4 bəzən 5 heyvan qurban kəsib kasıb, az təminatlı ailələrə paylayardı.
Bundan əlavə söyləyə bilərəm ki, İqbal müəllim Lerik rayonunda "işsizliyi aradan qaldırmaq" üçün işsizləri iş ilə təmin etməyə çalışır. Elə buna görə də, Lerik rayon Piran kəndində "Kərpic zavodu" və "Çınqıl-Beton zavodu" inşa edilmişdir.
İqbal müəllimin rayonumuz üçün gördüyü işləri saymaqla bitməz. Daim aztəminatlı ailələrə, yeni qəbul olunmuş tələbələrə, əməliyyat olunmuş xəstələrə yardım edən İqbal müəllimin Lerik rayonu üzərində olan əziyəti danılmazdır. Biz vədlərə yox, görülən işlərə inanırıq.
Bizim deputatımız İqbal Məmmədovdur.
▪ Vaxt ayırıb müsahibə verdiyiniz üçün təşəkkür edirəm
▫Dəyməz, buyurun!

Djb.az

Oxunub: 1 409
Oxşar xəbərlər
SON XƏBƏRLƏR