dini radikalizm və ekstremizmlə mübarizə

Yubiley ilin mübarək


Paşa Ağaoğlu Şərur rayonunun Dəmirçilər kəndində dunyaya gəlib.Zəhmətlə boyüyüb Bir necə ali məktəb bitirib.
Məsul vəzifələrdə ləyaqətlə çalişıb
Hazırda Bakıda yaşayır. Dəmirtək möhkəm, polad iradəli vətənpərvər insandır. Paşa müəllimi uzun illərdir ki tanıyıram .
Baytarlıq elmləri namizədidir. Kənd təsərrüfatı mütəxəssisidir. Sovet donəmində bir müddət kolxoz sədri , sovxoz direktoru işləyib. Bakıda məskunlaşmağa məcbur olub. Azenko deyilən bir qrumda işləyib.
Qərəzli olaraq , paxıllıqdan onu pensiya yaşı tamam olmadan haqsız olaraq işdən uzaqlaşdırıblar .
Başını nəvələriylə qatıb, Heç kəsə əyilməyib.
Ogul usaq sahibi olan Paşa Ağaoğlu
Allaha bağli bir şəxsdir. Müqəddəs Məkkə - Mədinə Kərbəla, Məshəd səfərlərində , Həcc ziyarətində olub.
Hacıdir. Qurani Kərimdən bəhrələnib.
Dinimizi mükəmməl öyrənib. Namaz əhlidir
Möminlər yanında da , sərbəst , dürr sözləri ilə məclisi ələ almağı bacarır.
Allah Paşa müəllimə xususi bir istedad da verib
Şairdir, əsl məçlis adamıdır. Dini şeirləri, poemaları üstünlük təşkil edir.
Paşa Agaoğlunu satirik qələm sahibi kimi də tanıyırlar.
Bir- birindən ləzzətli təmsilləri dillər əzbərinə cevrilibdir. İki şeirlər kitabı işıq üzü görüb. Yazdıgı külliyatı hələ də oxucularının yolunu gözləyir.
Dostları çox olsa da, heç kəsə qıymır, əyilmir, Qururlu şəxsiyyət olan Paşa muəllimə Allah fitri istedad bəxş edib, güclü yaddaşı var.
Klassiklərimizin, xususilə Şəhriyarın , Bəxtiyar Vahabzadənin məşhur poemalarıni əzbərdən söyləyir.
Yaxın dostlarına çoxlu seirlər də ithaf edib.
Bu sətirlərin müəllifinə də şeirlər vəsf edib.
Atam İlyas Allahverdiyevin və mənim də kitablarımızın bir qismini oxuyub ,çox məmnun qalıb.
Tariximizi yaşadanlara hörmətlə yanaşır.
Həkəri qəzeti ilə six əməkdaşliq edir
Şeirləri dövri mətbuatda dərc olunur.
Mutaliəni çox sevir.
Dosta qarşı sədaqətlidir.
Vətəninə, , torpağınına , elinə, obasına bağlı insandır.
Paşa muəllim haqqında saatlarla danışsam da , yorulmaram . Biləndə ki xalqımızım sevimli sənətkarı Ramiz Əzizbəylinin kitablarının həm redaktoru olmaqla yanaşı, görkəmli rejissorun xidmətlərini sosial şəbəkələrdə yorulmadan vəsf edirəm , çox sevindi. Ramiz Əzizbəylinin mənzilində qonaq olarkən görkəmli aktyorumuzun sözləri yadıma düsür : " Rauf, mənim qohumumu tanıyırsan, nə yaxsı gəldiniz, Zümrud xanım, gör kim gəlib deyən Ramiz muəllimin Paşa Agaoğlu haqqında xoş sözlər deməsi məni çox sevindirdi.
Pasa Agaoğlu ilə çox tədbirlərdə olmuşuq. Yaxsı yadımdadır. 2007 ci illər olardı. Paşa Ağaoğluna dedim ki gedək Misir Ərəb Respublikasının Bakıda fəaliyyət gostərən Misir Mədəniyyət Mərkəzinə.
Möhtəsəm tədbirlərə məni tez- tez dəvət edirdilər.. Tədbirlər haqda Respublika qəzetində mütəmadi yazılarım dərc olunardı.
Dini mövzuda kecirilmiş tədbir Məhəmməd Peygəmbərin (s.ə.s) mövludu gününə həsr edilmisdi.
Ayri- ayrı ölkələrin səfirlərinin, Azərbaycanın tanınmiş simalarının qarşisında ilk sozü mərhum akademik dostumuz Vasim Məmmədəliyevə, sonra isə mənə verdilər. .isi- Azərbaycan dostluguna həsr etdiyim şeiri soylədim.
Mənim təklifimlə Paşa Ağaoglu dinimizlə bağlı necə gözəl kəlamlar soylədisə, xarici qonaqlar da çox sevindilər və qələm dostumun çıxısı da alqışlarla qarşılandı .
Belə yaddaqalan tədbirlərdən çox danışa bilərəm .
Həkəri qəzetini 2003 cü ildə təsis etmiş mərhum yazici , kənd təsərrufatı mütəxəssisiHacı Əli Xankisiyevlə ,eləcə də mərhum dovlət xadimi olmuş İmamqulu Qurbanovla birlikdə çay sufrəsi ətrafında sohbət edərkən hər iki səxsiyyətin Paşa Ağaoglu haqqında ürəkdolusu sözləri indi də yaddaşımdadır.
Paşa muəllimin esidəndə ki 70 yası tamam olur. Çox sevindim.
Yadıma bir şeirim duşdü :
Ömur ötür, saç ağarır, gün keçir,
Xoş arzular qəlbimizi yurd seçir .
El həsrətli ürəyimiz qəm içir,
Elim, obam Qarabağa yol sala ,
Bayrağımız Kirs dağında ucala.
Qarabağ, Şuşa, Kəlbəcər Qubadlı, Lacın adı gələndə gözləri dolan Paşa Agaoğlunun Şamil Dəlidagla , Dəmirci Anbasla və bir çox tanınmış, istedadlı sairlərlə deyisməsi bu gün də dillər əzbərinə çevrilib.
" Dostlara dost töhfəsi" şeirlər kitabımı çap etdirmək ərəfəsində ön sözümdə Paşa Ağaoğlunun dost haqqında silsilə şeirlərindən istifadə etməklə yazdığı bir bəndlə oxucuları tanış edirəm:
Dostluq yaxşı şeydir ,müqəddəs ola,
Nəsildən- nəsilə yadigar qala ,
Nəsillər əcdadı bir yada sala,
Böylə bir dostluğu Paşa tutubdur.
Həmin kitabda vətənpərvər şair dostum Hacı Paşa Agaoğluya həsr etdiyim " Dağ oğlusan , yaz , ay qağa " şeirimi yenidən xatırlatsam , yaddaşlarımız bir daha təzələnər :
" Həyatımın istəkləri" oxuyanı məst eyləyir,
El şairi! Hər fəsildə kefin olsun saz, ay qağa!
Poladdan yoğrulan sözün qanmazları hey ələyir,
Düž sözünü üzə deyən dağ oğlusan, yaz, ay qağa !

Sərt baxışlı, qəlbi təmiz, boy- buxunlu,dəlidağlı,
Şamil dayı qiymət verib , yurd həsrətli, əli bağlı,
Deyişmisən gör kim ilə , söz bağının sultanıyla ,
Gəl oyatma xatirəmi, yaralıyam, dili bağlı.

Oxuyanda hər kəlməni, bulaq kimi qaynayıram,
Çatmaq üçün mən dostuma, dərə, təpə , boylanıram.
Səni duydum nəğmələşən vətənpərvər şeirindən ,
Sevincinə sərik olub qardaş kimi oynayıram.
Yubiley iliniz mübarək olsun . Əziz dostum
70 yaşında da uğurların bol olsun. 80 yaşını dostlarınla , doğmalarınla birlikdə dərdsiz, qəmsiz addımlayıb, 90 na çatasan. Nəvə, nəticə toyu görəsən.
Sizə və sizi istəyənlərə can sağlığı , sağlam , şərəfli və uzun ömur , bol ruzi - bərəkət , Qarabağlı ,Zəngəzurlu günlər arzulayıram.

Rauf İLYASOĞLU ,
" Həkəri " qəzetinin baş redaktoru,
AJB - nin üzvü,
şair- publisist ."Qızıl qələm , Həzrət Əli, İti qələm və bir çox media mikafatçısı ,
İraq turkmən yazarlar birliyinin üzvü ,

Oxunub: 726
Oxşar xəbərlər
SON XƏBƏRLƏR